525.Az

Bakıda banqladeşlərin başına oyun açdılar


 

Bakıda banqladeşlərin başına oyun açdılar<b style="color:red"></b>

Bakıda gənc oğlan xarici vətəndaşlara qarşı ağlagəlməz addım atıb. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsindən Millli.Az-a verilən məlumata görə, 24 yaşlı Bakı sakini Tural Məmmədovun əməlini Banqladeş vətəndaşları uzun müddət unutmayacaqlar.

Tural Məmmədov bir müddət əvvəl Banqladeşə gedərək orada fırıldaq yolu ilə pul qazanmaq fikrinə düşüb. O, tanış olduğu banqladeşlilərə Bakıda ali məktəbə düzəlmək, eyni zamanda yüksək maaşlı iş təklif edib. Tez zamanda pullanmaq istəyən Banqladeş vətəndaşları da onun əməlinə aldanıblar.

Razılaşmaya görə, banqladeşlilər Bakıya gəlməli və bundan sonra ali məktəbə düzəlməliymiş. Bir neçə gün əvvəl Sazal Kumar, Nahid Mustafa, Məhəmməd Qolam, Camal Udin və Farok Əhmədi ümidlə Bakıya gəliblər. Onları hava limanında Tural Məmmədov qarşılayıb.

Elə ilk söhbətlərində Tural özünü polis kimi təqdim edərək onları hədələyib, orada onlardan 1200 dollar pul və pasportlarını alıb. Sonra isə üzərinə “miqalka” qoyaraq qonaqlarında polis təəssüratı yaradaraq onları kirayələdiyi mənzilə gətirib.

Bir müddətdən sonra Sazal Kumarın telefonundan onun anasına zəng edərək mafiya rəhbəri olduğunu bildirib və 800 dollar verməyəcəyi halda oğlunu öldürəcəyi ilə hədələyib. Sazalın anasının yalvarışlarından sonra Tural bu fikrindən daşınıb.
 
Sonra banqladeşlilər Ukraynaya getmək istədiklərini və Turaldan onları azad etməyi xahiş ediblər. Lakin Tural bu dəfə də onları azad etmək üçün 5000 manat tələb edib. Uzun danışıqlardan sonra 1500 dollara razılığa gəliblər. Tural pulu onlardan götürməyə gələrkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları tərəfindən "iş başında" qandallanıb.

Hazırda faktla bağlı araşdırma apaılrır. 
 

 





16.10.2012    çap et  çap et