525.Az

Dondurulmuş balıqlar...


 

Dondurulmuş balıqlar... <b style="color:red"></b>

Dondurulmuş balıqlar...

Əlimin çeçələ barmağı cızılıb yaralandı. Mətbəx kafelini silən zaman... Həə, indi qanın laxtalanmasını gözləməliyəm, təxmini 3-8 dəqiqə arası olacaq. Ərinməyib, çıqqıldamayan saatı əlimə alıb, qanın neçə dəqiqəyə kəsməsini gözlədim. Bu çıqqıldayan saatlar yumurtlayandan sonra hay-küy salan toyuqlara bənzəyir, çıqqılda ki çıqqılda... yumurta var, toyuq, amma insafən saat səhər 5-ə yaxınlaşanda arada bir şəhərimizin müxtəlif yerlərindən xoruz banları səssizliyi pozur. Nəsə söhbət çıqqıldayıb çıqqıldamamaqda deyil, əsas odu ki, saat əqrəbi dəqiqə əqrəbi ilə 1 saatda 60 dəfə görüşür. Bu görüşmə məqamını çox sevirəm. Belə deyirlər ki, elə xoşbəxtliyimin ömrü onların görüşdükləri vaxt qədərdi. Adam istəyir saatın batareyasını çıxarsın həmin ana tamaşa eləsin, bilim, bəlkə mənə belə gəlir. “Qanlı-qadalısöhbətimi burda bitirib, keçəcəm mövzuya...

Bu yaxınlarda bir kursda dinləyici idim. 21-ci əsrin xüsusiyyətləri kimi Avropaya inteqrasiya etməyimizi ən başlıca amil kimi qiymətləndirirdilər. Amma bu inteqrasiya yolla olacaq, kim velosipedlə gedəcək, kimi faytonla, bax bu heç kimi maraqlandırmır. Əsas odu ki ətalət vəziyyətindən çıxmaq üzrəyik. Olsun!

Gənc, gözəl xanımlarımızın geyim zövqü, rəng seçimi qara rənglə məhdudlaşırsa, ədəbiyyat müəllimlərimiz Mehman obrazından başqa hüquqşunas obrazı tanımırsa, hələ Qaloşlu adama nifrət aşılanır, daha mənim sözüm yoxdu.

Bunlar bir yana, “Müsəlmanların məsumiyyətiilə bağlı kinonun bu qədər ajiotaj yaratması...

Vallah, billah, o Avropa dediyimiz oməmləkətayaqlarını ayaqlarına aşırıb bizə gülür. Müsəlman ölkələri ki, belə məsələlərlə hələ uğraşırlar, Fransa o məsələlərlə Janna Dark vaxtında, Rusiya Pyotr dövründən bu məsələlərlə qurtarmışdı. Heç uzağa getməyək, paytaxta yaxın əyalətdə hansısa xəyanət nəticəsində kiminsə orqanı kəsilir, kimsə tikə-tikə doğranır, Avropaya inteqrasiyamızı da doğrayın atın balıqların qabağına...

Bankomatların qarşısı həm acınacaqlı, həm ironiyalı gülmə səhnələri ilə boldu. Bir az da uzağa getsək, ürəyimin başı tökülür bunları gördükcə...

Bankomatda pul yoxdurifadəsinə heç kimi inandırmaq mümkün deyil. Beli bükülmüş, eynəyinin şüşəsi məndən betər cızılmış, yaxşı halda Allah saxlayıb yerə düşüb, bircə şüşəsi çatlamış bir qoca karta kart demir. O kart sənin, bu kart mənim bankomata salır, çıxarır. Bu kartda olmadı, bəlkə o birində olar deyə... qədər desən anlamaq istəmir ki, bankomatda pul yoxdur ifadəsi bütün kartlara şamildi. Hələ anlamaq istəmir ki, bizdə hər şey testologiya üzərində qoyulub. Hələ anlamaq istəmir o yalnız verilən 5 variant daxilində həyatını sürdürə bilər. Onun başqa variantı yoxdur.

Həə, əzizlərim, bir-ikisinəbankomatda pul yoxdurifadəsini başa saldıqdan sonra indi bəziləri pulun bura vaxt qoyulacağını gözləyir. Bu dəmir qutu olan şeydisə, hamını ondan asılı vəziyyətə salıb. Əslində dəmir qutu hələ Cəlil Məmmədquluzadə dövründən bizə miras qalıb. Sizcə, hələ bəzilərimiz Novruzəli  deyilikmi? Mirzə Cəlildən bu yana böyümədik, vallah...

Məktubu poçta salıb, dəmir qutunun keşiyini çəkən Qurbanəlilər, bu gün bankomatı qoruyur, sanki yanından aralansa nəyisə itirəcəkmiş deyə...

Biliyi, savadı olmayan insanlarımızın başqa variantı yoxdu.

Hərdən mənə elə gəlir ki biz hamımız balıqlarıq. Amma bunu testlə deyəcəm.

A) Yağlı balıqlar

B) Çay balıqları

C) Hisə verilmişlər

D) Yırtıcı balıqlar

E) Dondurulmuş balıqlar...

Mənebəndini qaraladım...

Hara tələsirik?

Gecədən xeyli keçmiş sözünü bir az gec yazsaq, səhərin alatoranlığında yaza bilərik. Amma nəyə tələsirik görəsən?

Səhərin alatoranlığında yazsaq gecənin gözəlliyini duya bilmərik axı...

Onda bəs nəyə tələsirik...

Yağan yağış yarpaqları tərtəmiz eləmişdi, yarpaqlar gecə lampasının işığında par-par parıldayırdı.

Yağış yağmamışdan qabaq bu yazı yazılsaydı, yarpaqların gözəlliyindən deyə bilməyəcəkdik axı...

Axı hara tələsirik?

Günəş çıxhaçıxdaydı ki, yetişmiş əriklər yarpaqlar tək yerə tökülürdü. Bunlar dəymiş əriklər idi. Bəzilərinin içərisi qarışqa ilə dolu idi. Elə bəziləri yerə çatana qədər iki yerə paralanırdı.

Elə bil işləri tərs gətirmişdi, nəydi...

Sonra nar çiçəkləri...

Külək bəzilərini  ora-bura uçurtmuşdu...

Nar çiçəyi gözəl idi, o qədər onu gözaltılayan vardı ki...

Elə yanındakı gavalıdan danışım sənə.

Naxçıvandan gətirmişdilər onu, köklü-köməcli...Həmişəmən-məndeyərdi. Nar çiçəyinin birsinə yanındakı şaftalı ağacını peşkəş edərdi. Şaftalı çiçəyi bir zamanlar nar çiçəyindən geri qalmazdı. Amma adamınkı gətirməyəndə gətirmir...

Amma nar çiçəyi öz sevgisini ürəyində gəzdirirdi. Bir nakam sevgini...

Bir zamanlar ürəyini sözü bütöv, cəsarətli, heyva ağacına vermişdi.

yazıqlar sel gəlib onu kökündən eləmiş, gün yarpaqlarını qurutmuşdu. Pulsuz kişilərə bənzəyirdi o...

Elə gavalı da bundan istifadə edirdi. Axı bir çox çiçəklər pullu kişilərə meyllidi...

Amma yazsaydıq ki, heyvanın yarpaqları qurumayıb, gün onu yandırmayıb, bir yağışlı gündə bəlkə onların toyu idi..

Bax, bu dəfə tələsdik..

Tozsoran...

Dünya bir tozsorandı...

Açıb ağzını udur...

Balacalar bir sormayla gedir tozsoranın zibil qutusuna, “irilər ilişib qalır tozsoranın o rezin qolunda...

balacaolmalı ki, bir sorma ilə gedək, ki, “iriolmalı ki, tozsoranınboğazındaqalaq...

Amma, amma içimizdəki hayqırtını büruzə verməmək içimizdən gəlmir...Bəs neyləməli?

Zamanla bu dünyanın insanlarını tozsoran uddu, zatən bizləri udub...

Amma hərəmiz bir yolla buzibil qutusundan çıxmağa çalışırıq. Kimlərsə uzun-uzadımübarəkstatuslar yazır, kimisə nəşənin özəlliklərindən danışır, kimisə qadınlardan, kimisə...

Bütün hallarda bizi tozsoran udub...

Biz birzibil qutusundayıq”. Orada hər şey, bu dünyada olmayanlardan da var, istəsən...

İylənmiş əski parçasının bir qırığı, yeyilmiş alma cecesi, “toy boxdan çıxmış oyuncaq  gəminin hissələri, qəzet parçaları, nar dənələri-bəziləri əzilib, bəzilərinin suyu qəzet parçasına cıxıb, hansısa qəzetdə hansısa diktatorun şəklinin balaca bir hissəsi narla qırmızı rəngə boyanıb.

Sonra zoğal mürəbbəsinin çiyidi, saçla sarmaş-dolaş olmuşdu. Başqa vaxt qədər istəsən , saçı o çiyidə dolaya bilməzsən. Şərait məcbur etmişdi. Bəlkə saçın ətrindən cuşa gəlib, onu doya-doya öpmüşdü çiyid... o zoğal çiyidi ehtiraslı olmalı, çünki ən yaxşı arağın da zoğaldan olduğunu deyirlər. İçində alkoqol daşıyan birinin ehtirası dərin olmasa da, görünən çılğınlıq belə fikirləşməyə əsas verir...Zoğal o qutuda bəlkə məhəbbətini tapmışdı...Sonra düymə...

O düymə ki, köynəyi neçə gündür düyməsiz geyinə bilmirlər...Düymə öz vacibliyini tozsoranın zibil qutusunda hiss etdirmişdi..Balaca körpə oyuncaq gəmisini gəzir...

Çoxdandı itirdiklərimiz zibil qutusundaymış. Xəbərimiz yox. Babam qulaqcığını, nənəm üsküyünü gəzirdi.

Amma tozsoran rahatlığımı hüzurumuzu da udmuşdu.  Bunu axtaran yox idi. Məişət qayğılarından ayrılanda yəqin ki, bunu da axtaracağıq. Amma nədəndisə, bu  heç ağlıma batmır...

 





16.10.2012    çap et  çap et