525.Az

Qarabağ Azərbaycandır! - Günel Mehri yazır


 

Qarabağ Azərbaycandır! - <b style="color:red">Günel Mehri yazır</b>

İndi bildim ki, hər yer Qarabağdır!

Bombalanan Gəncə, Bərdə, Tərtər...

Hədəf seçilən Mingəçevir...

Mülki şəhid verən Naftalandır – Qarabağ!

Hər səhərini Qarabağ adıyla qarşılayıb, gecələrini dirigözlü açan Bakıdır – Qarabağ!

İndi bildim ki, hər kəs qarabağlıdlr...

Yaralı əsgərini güllə-borandan çıxaranda şəhid olan Turqut həkimdir – Qarabağ!

Bayraqlarımız sancıldıqca Azan verən Namiqdir – Qarabağ!

Döyüş yoldaşlarını qorumaq üçün erməni zabitlərini əliyalın boğan Cəbrayıldır – Qarabağ!

İndi bildim ki, şəhidlərlə tükənmir,  bütövləşir bu millət!

Çün Qarabağ candır!

Hər qarışı uğrunda şəhid gedən igidlərin canı...

İndi bildim ki, tək ön cəbhə deyil, arxa cəbhədir – Qarabağ!

Növbələrə düzülüb əsgərinə qan göndərən minlərdir – Qarabağ!

Son qəpiyini əsgərinə pay yollayan Hikmət babadır – Qarabağ!

Bayraq tikən Laçın nənədir – Qarabağ!

Bombalanan evindən bayraqğını çıxaran gəncəli Xəyyamdır – Qarabağ!

Qarabağ – tək torpaq deyil, meşə deyil, dağ deyil!

Qarabağ – namusdur, qeyrətdir, üz ağıdır!

Qarabağ – narahat ruhların doğma məkanı,

Üzeyirdir, Natəvandır, Bülbüldür – Qarabağ!

Poladdır, Raqufdur, Mübarizdir – Qarabağ!

İndi üzümü Məğribə və Məşriqə tutub rahat ürəklə deyirəm:

-Ehey! Eşidirsən, dünya?

Qarabağ – Azərbaycandır!

Başını dik tut, Vətən, eşidirsən?

Qarabağ – Azərbaycandır!

Azərbaycandır – Qarabağ!

 





08.11.2020    çap et  çap et