525.Az

“Google” Avropa standartlarına cavab vermir


 

“Google” Avropa standartlarına cavab vermir<b style="color:red"></b>

Avropa “Google”u toplanan məlumatlarda daha da şəffaf olmağa çağırıb.

525.az-ın "Vaşinqton Post" qəzetinə istinadən verdiyi məlumata görə, “Google”un xidmətlərinə daxil olan “Gmail” və “Youtube” müasir Avropa standartlarına cavab vermir.

Rəsmilər Amerika təmsilçisi olan “Google”un fəaliyyətini nizamlamaq, onu daha da təkmilləşdirmək üçün yeni planlar hazırlamağı nəzərdə tutublar. Bu gün 20-dən artıq ölkə tərəfindən imzalanacaq qərarda şirkətin yeni fəaliyyət planı hazırlanacaq, virusların qarşısını almaq haqda da müəyyən tədbirlər görüləcək. 20 ölkənin təmsilçisinin qatıldığı tədbirdə istifadəçilərin informasiyalarının “Google”da necə mühafizə edilməsi də nümayiş olunacaq.

Eyni zamanda, “Apple” kimi rəqiblər şirkətdə patent hüquqlarının pozulması haqda iddialar irəli sürür. Xatırladaq ki, şirkət bu il 60 məxfi informasiyanı mühafizə edərək özündə saxlayıb.

Nigar Məhərrəm

 





16.10.2012    çap et  çap et