525.Az

"Topqapı" restoranına qadağa qoyuldu


 

"Topqapı" restoranına qadağa qoyuldu<b style="color:red"></b>

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ə.Ağaoğlu küçəsi 26 ünvanda fəaliyyət göstərən fiziki şəxs Yaqub Şayevə məxsus “Topqapı” restoranında dövlət nəzarəti aparılıb.

525.az-ın məlumatına görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisədə müxtəlif kulinar məmulatlar və milli xörəklərin hazırlanması üçün yarımfabrikatlar ГОСТ 30390-95 (bənd 5.1) və AZS 126-2005 (bənd 4.1) standartlarının tələblərinə zidd olaraq müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat və resepturalar olmadan hazırlanır, mövcud olan soyuducu kamerada mal qonşuluğu pozularaq yarimfabrikatlar, çiy və bişmiş ət eyni tempraturda saxlanılır, istifadə olunan ətin baytarlıq sənədləri mövcud deyildir. Həmçinin hazırlanan salatların, kabab üçün yarımfabrikatların, peraşkilərin, müxtəlif milli xəmir xörəkləri üçün yarımfabrikatların, blinçiklərin və s. kulinariya məmulatlarının hazırlanma tarixi və yararlılıq müddəti barədə müəssisədə qeydlər aparılmır.

Restoran tərəfindən hazırlanmış məhsullardan götürülmüş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST)  laboratoriyasında keçirilən sınaqları göstərib ki, “paytaxt” və “manqal” salatları ümumi mikroorqanizmlərin sayına (mezofil-aerob və fakultativ-anaerob mikroorqanizimlərinin), S.aureus və proteus mikroorqanizimlərinin aşkar edilməsinə, “lülə kabab”ın hazırlanması üçün ət qiyməsi yarımfabrikatında bağırsaq çöpləri qrupundan olan bakteriyaların aşkar edilməsinə görə standartın tələblərinə cavab verməyib.

Aşkar olunmuş nöqsanlarla əlaqədar fiziki şəxs Yaqub Şayevə məxsus “Topqapı” restoranına İnzibati Xətalar Məcəlləsinin tələbinə əsasən inzibati protokol tərtib edilib, cərimə edilib, “paytaxt” və “manqal” salatlarının, “lülə kabab” üçün yarımfabrikat ət qiyməsinin hazırlanması və satışı qadağan edilib.

 





17.10.2012    çap et  çap et