525.Az

Köhnə Tanışlar: Qərib Mehdi-2


 

Köhnə Tanışlar: <b style="color:red">Qərib Mehdi-2 </b>

abdin[email protected]
tofigabdin.com


ONLAR DEYİBLƏR

Qədim Gəncə şəhəri bütün böyük dəyərləri ilə yanaşı, mənim üçün həm Qərib Mehdi ünvanı ilə əzizdir. Siz öz yolu, öz sözü olan yazıçı, öz müridlərini yetişdirmiş bir sənət fədaisisiniz.

Nəriman
HƏSƏNZADƏ
Xalq şairi.

Qərib Mehdinin əsərləri bütövlükdə türk dünyasının malı olmalıdır. Çünki artıq onun yaradıcılığı dünyada tanınmışdır. Qərib Mehdi dedikdə türk dünyasının qabaqcıl yazıçıları ilə bir sırada duran yazıçımız göz önündə canlanır.

Saleh
MƏRCAN,
Tuncay ÖGÜN
.
Türkiyə, “Yüzüncü İl Universiteti
 ədəbiyyat fakültəsinin doktorları.

Tanrıma böyük şükran hissi ilə bildirirəm ki, hər bir yaradıcı adam kimi mənim ömür yolumu həmişə ehtiramla andığım çox dəyərli müəllimlərim nurlandırıblar.Ömrün bu çağında ötənləri saf-çürük etdikdə o işıq selinin ən parlaq ulduzunun məhz Qərib Mehdi olması qənaətindəyəm. “Qərib, hey!..” biz şagirdlərin hər birinin bitirdikləri ən ali Universitet Akademiyadır.

Elçin İSGƏNDƏRZADƏ
şair, Türk Dünyası Araşdırmaları
Uluslararası Elmlər Akademiyasının prezidenti.

Qərib Mehdinin yumorlu hekayələrinə gəlincə, deməliyəm ki, bu yazılarda mətləbsiz, mənadan məhrum gülüş tapa bilməzsən. Məxsusi yumor çalarlarından hiss olunur ki, bu hekayələrə böyük Mirzə Cəlilin, ulu Sabirin sətirlərindən bir işıq gəlir.

Vaqif YUSİFLİ
tənqidçi.
_________________


Sizcə böyük həcmdə əsərləri yazmaq üçün bioqrafiyanın kimi  üstünlükləri var?

Belə bir aforizm var: zəngin tərcümeyi-halı olmayanın özü yoxdur. Bu aforizm müəyyən mənada həyatda təsdiqini tapır. Fikrimi bir az gendən götürürəm. Bəzən donorluq xüsusiyyəti qurumlarla yaradıcı adamların missiyasını oxşar hala gətirir. Biri pul, o birisi bioqrafiyasını şərtləndirən fakt yığımına malik olur. İlk baxışda bu oxşar donorluq müxtəlif şəkildə, müxtəlif məzmunda özünü büruzə verir. Məsələn, daha imkanlı olan Prezident Fondu, Heydər Əliyev Fondu ayrı-ayrı obyektlərin tikilib başa çatdırılmasında, durumu çətinləşmiş şəhər, rayon təsərrüfatlarının dirçəldilməsində öz ehtiyatından yardım əlini uzadır. Beləliklə, bu donorluq sayəsində ictimai-mədəni məzmunluəsərmeydana gəlir. Konkret söyləsək, yazıçının da keşməkeşli faktlarla dolu bioqrafiyası onun əsərlərinə donorluq edəcək yatırdır.

Ədəbiyyat aləmində tam bioqrafik əsərlər çoxdur. Onun ən yaxşı nümunəsini Branislav Nuşiç yaradıb: “Özbioqrafiyam”. (Rəssamlar da avtoportretlər çəkməkdə fəaldırlar). Yeri gələndə, ehtiyac duyulanda yazıçı müxtəlif səpkili əsərlərində tərcümeyi-halının donorluq imkanlarından istifadə edir.

Kiçik çaplı nasir olsam da, bir sıra hallarda bioqrafiyamın donorluğunu köməyə çağırıram. Onu da deyim ki, bioqrafiyaya söykənən əsərlər oxucular mütəxəssislər tərəfindən maraqla qarşılanır. Öz həyatımdan bir misal çəkəcəyəm.

Bu hadisə 80-ci illərin ikinci yarısına təsadüf edir. Gəncə Dövlət  Teatrında tamaşaya qoyulanOxşarlarpyesim Dövlət mükafatına təqdim olunmuşdu. Pyes seçilənlər sırasına daxil edilmişdi. Son söz demək üçün hökumət komissiyasının üzvləritənqidçi-professor Gülrux xanım Əlibəyova, Xalq rəssamı Mürsəl Nəcəfov Xalq artisti Rasim Balayev GəncəyəOxşarlara baxmağa gəlmişdilər. Onlar qaydaya uyğun olaraq müəllifdən məsafə saxlayırdılar. Qonaqlaraqonaqlığımo oldu ki, hərəsinə bir kitabhələ üstündən mətbəə iyisi çəkilməmişMüsabiqəkitabımı bağışlaya bildim. Kitabda iki bioqrafik əsərim – “Qərib, hey!..” Geriyə baxmaq olaryer almışdı.

Deməli Sizin yaradıcılığınızda bioqrafiyanın müəyyən rolu olub.

Təbii. Sözümə davam edərək deyim ki, günlər ötdü, birdənƏdəbiyyat qəzetində kitabım haqqında Gülrux xanımın bol tərifli, yüksək səviyyəli bir  resenziyasını oxudum. Sonralar Gülrux xanım mənə yazdığı məktubunda bu sürprizinə aydınlıq gətirdi. Məktub həcmli olduğundan məzmununu yazıram. Gülrux xanım bağ evində ağır bir işləböyük filosof Nitşenin tərcüməsi ilə məşğul imiş. Adətinə görə, yorulanda, dincini almaq məqsədilə hər hansı bir kitabı götürüb vərəqləyirmiş. Bu dəfə adətini pozmur, geri baxmadan əlini uzadıb arxasındakı rəfdən bir kitab götürür. Bəxtim gətirir, təsadüf mənimMüsabiqəmi onun əlinətəqdimedir. Bir səhifə oxumaqla başını qatmaq, özünü təzələmək istəyir. Elə bu bir səhifə onu çəkib öz arxasınca aparır. Beləliklə, Nitşe dincə qoyulur, əvəzində mən önə çəkilirəm. məlum məqalə bioqrafik əsərlərimin təsirilə yazıçıların ana mətbuatına ayaq açır.

– 50 il öncə Bakıda tanış olduğunuz sonra  heç görmədiyiniz birisi Gəncədə Sizə rast gəlsə, onu tanıyarsınızmı?

Saqqalı ağarmış yaş həm yaddaşı korşaltmaqla özünü büruzə verir. Ömrün həmin mərhələsindəyəm. Çoxdan görmədiyim adamın xatırlanıb-xatırlanmamaq məsələsi isə, baxır o adamın mənim qəlbimə, yaddaşıma necə hopmasına. Mən bir adamı 50 ildir ki, görmürəm. Daha 50 il keçəndən sonra aydın diksiyalı, kəskin ahəngli, soyuq adamlara qarşı da istiqanlı, diliqurban olumməhsullu bir nəfərlə qarşılaşsam, tərəddüd etmədən yaddaşımı gücə salmadan deyərəm: bu sənsən, Tofiq Abdin!

Sizi heyrətləndirə bilən  kimi həyati detallar hadisələr olub?

Mən zəhmətin, əziyyətin təkindən zühur etmiş adamam. Çox təəccüb doğuran nəsnələrlə üzləşmişəm. Onlardan sevdalı dünyama tuş gəldiyim ilk günü yada salıram.Maddi vəziyyətimizin ağırlığına görə təhsilimi gündüz davam etdirə bilmədim. Gündüz işləməklə sənədlərimi axşam məktəbinə verdim. 9-cu sinif şagirdi olacaqdım. Burada subaylıq taleyimi nələr gözləyirdi? Bəlkə, məhəbbət şəhadətnaməsini bu məktəbdə alacaqdım?! İlk dərs günü məktəbə gəldim. Qapı ağzında qarşıma bir qız çıxdı. Onu görən kimi çaşdım. Nəsə soruşmaq istədim. Dilim dolaşdı, bacarmadım. Gücüm istəyimi xəyalımdan keçirməyə çatdı: “Kaş bu qız mən oxuyacağım sinfin şagirdi olaydı”. Zəng şagirdləri sinfə səslədi. İkinci dəfə içəri girəndə yenə çaşdım. Qapı ağzında gördüyüm qız ədəb-ərkanla orta sıranın ikinci partasında oturmuşdu. Bərk sevindim. Deyəsən, məhəbbətin qırmızı lenti kəsilmək üçünMən səni sevirəmqayçısını gözləyirdi.

Bir gündə iki görüş... Bu qarşılaşma təsadüf idi, yoxsa göylərdən idarə olunurdu? Əgər olunurdusa, bu suallara üçüncü gözlənilməzlik cavab verəcəkdi. Üçüncü gözlənilməzlik baş verəndə heyrətləndim.

O vaxtlar məktəbliləri kollektiv surətdə teatr tamaşalarına aparırdılar. Oxuduğumuz 9-cu sinif belə bir tədbirə cəlb olunmuşdu. Hansı səbəbdənsə dərsə gecikmişdim. Özümü ikinci saata çatdıranda məlum oldu ki, ertəsi gün üçün bizim sinfə bilet paylayıblar. Mənə bilet çatmadığından sabahkı tamaşada iştirak edə bilməyəcəkdim. Bu hal məni əsəbiləşdirdi. Necə ola bilərdi ki, vüsalı üçün gizli qovrulduğum bir qızla eyni vaxtda tamaşanı seyr etməyim?! Olan olmuş, torba dolmuşdu.

Bəs sonra oldu?

Ertəsi gün ayaqlarım ürəyin hökmünü yerə sala bilmədi, məni pəjmürdə halda teatra gətirdi. O vaxtlar teatr tamaşaları çox dəbdə idi. Kassadan yararlanmaq hər adama nəsib olmurdu. Biletlərin çoxu alverçilər tərəfindən əldə satılırdı. Ümidimi bu yola bağlamışdım. Bizimkilərin hamısı içəri keçib yerlərini tutmuşdu. Mən alverçidən baha qiymətə bilet alıb özümü zala saldım. Bu gün kimi yadımdadır. 12-ci cərgənin 11-ci yerinə mən sahiblənməliydim. Cərgəni tapdım, sıra yerimə boylandım. Sevdiciyimi həmin cərgədə görəndə həyəcandan ürəyim quş kimi çırpındı. Cərgədə hamı yerini tutmuşdu. Yalnız həsrətindən heyva kimi saraldığım sinif yoldaşımın sağ tərəfi boş idi. Biletim həmin yeri göstərirdi. İlahi, bu möcüzə idi?! Yoldaşlarım da bu hala mat qalmışdılar. Axı mən kollektivlə birlikdə gəlməmişdim. Bileti əldən almışdım. O yeri kim mənə əta edə bilərdi? Sinif yoldaşım boş yerin sahibiniməni görəndə sifətinə sevinc qarışıq təbəssüm yayıldı. Bu da sehirli üçüncü görüş!.. Hiss etdim ki, eşq ustadı Füzuli demişkən, mən bu bəlai-eşqdən cüdakənarda dura bilməyəcəyəm. Tanrı şərait yaratmışdı. Mən bu şəraitdən yararlanıb sevdiyimin yanında oturdum. O oturan-bu oturan, düz 55 ildir ki, ömür ortağım Şəfiqə xanımla yanaşı otururuq.


Nasirin
şairliyi

Qərib Mehdidən şeirlər

     

TƏRCÜMEYİ-HALIM

AtamGöy ildırım, anamYer ocaq,
Od yurdu bətnindən od doğub məni.
Qibləm Azərbaycan, Allahımda Haqq,
Amalım beləcə yoğurub məni.

TƏKLİK

Təklikqüdrətli Tanrının
yenilməz simvolu;
            əqidəsi qəbul olunmayan
haqlının əzab yolu.
Təkliksevgisi perikmiş
ürəkdə qəm;
            hesab elmində rəqəm.
Təklikqəfəsə salınmış bülbülün
göz yaşı;
Təklikinsan nüfuzunun
çəki daşı.

İNTİHAR

Bir həyasız şər öldürdüm
dost xeyirlə qovuşdum.
Bir qatı zülmət öldürdüm
gələcəyə səhər açdım.
Bir qarı düşmən öldürdüm
qaliblər yolu getdim.
Gecə-gündüz vaxt öldürdüm
özümü intihar etdim.

QAR
YAĞIR

Qar yağır dərəyə, qar yağır düzə,
Hava bozaracaq, yer donacaqdı.
Çayların ağzını qar ilə közə
Nəğməli dilləri bağlanacaqdı.

Kim deyir həmişə mərdanə yağır?! –
Hardasa közərən gumana yağır.
Səhradan yan keçir, ümmana yağır,
Bu, ədalətdi, qanacaqdı”.

Yağır
meşələrin lal kahasına,
Yağır qayaların daş yaxasına,
Yağır təbiətin bal yuxusuna,
Hay!..” desəm, diksinib oyanacaqdı.

Dağların
başına papaq olubdu,
Üşüyən torpağa qucaq olubdu,
Quru budaqlara yarpaq olubdu,
Bir azdan yaşıla boyanacaqdı.

Şaxta
inadını, iddiasını,
Külək acığını, meh ədasını,
Təzə gəlinliyin libasını,
Günəş baxan kimi soyunacaqdı.

Yağır
göy üzündən, gərəyim yağır!
Yağır müqəddəsim, mələyim yağır!
Yağır bərəkətim, çörəyim yağır!
Evimdə işıq tək, o yanacaqdı!

unum, südüm, qışım mənim!
Ələnir qızıl tək gümüşüm mənim!
Qayıdır torpağa alqışım mənim!
Göz açıb bahara boylanacaqdı!

(Davam edəcək)

 





10.02.2014    çap et  çap et