525.Az

Xalq təbabəti


 

Xalq təbabəti<b style="color:red"></b>

- Böyrəkləri təmizləyən sadə qarışım:

Böyrəkləri sağlam saxlamaq üçün düzgün və sağlam qidalanmaq vacibdir. Bunun üçün xalq təbabəti üsullarından faydalana bilərsiniz.

Tərkibi: 6 fincan su, 10 ədəd cəfəri (sapları ilə), limon suyu, 2 çay qaşığı bal

Hazırlanması: Suyu qaba qoyun və qaynatmağa başlayın. Cəfərini xırda-xırda doğrayın. 10 dəqiqə qaynadın və ocağın altını söndürüb soyumağa qoyun. İçərisinə bal və limon suyu əlavə edin. Gündə 2 stəkan bu sudan için. Nəticəsini qısa zaman ərzində müşahidə edəcəksiniz.

- Sadə qarışım ilə öskürəkdən xilas ol.

Havanın soyuması öskürək hallarının artmasına səbəb olur. Öskürəyin inkişafının ən əsas səbəbi isə nəfəs borusu və ağciyərdəki xoşagəlməz tullantıların xaric olunmamasıdır. Öskürəkdən xilas olmağın ən asan yolu:

Tərkibi: 3 stəkan su,1 ədəd soğan,1 ədəd limon, 2 xörək qaşığı bal

Hazırlanması: 3 stəkan suyu dərin bir qabda qaynadın. Sonra soğanı soyub iki yerə bölərək qaynayan suyun içərisinə atın və 15 dəqiqə qaynadın. 15 dəqiqə tamam olduqda soğanı qazanın içərisindən çıxarın və suyu ilıqlanmağa qoyun. Sonra içərisinə 2 şorba qaşığı bal və limon suyu əlavə edərək içə bilərsiniz. Soğan qoxusunun qarşısını almaq üçün içərisinə darçın əlavə edə bilərsiniz.

 





11.11.2020    çap et  çap et