525.Az

Cəlil Məmmədquluzadə: bu dəfə poeziya müstəvisində


 

Cəlil Məmmədquluzadə: bu dəfə poeziya müstəvisində<b style="color:red"></b>

filologiya elmləri üzrə fəlsəfə doktoru

Fevralın 10-u Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin doğum günüdür. Böyük ədib Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik ədəbi cərəyanının banisidir. Azərbaycanda tənqidi-realist ədəbiyyatın mətbuatın inkişaf istiqamətlərini xüsusiyyətlərini müəyyən edən ideya-estetik prinsiplər mollanəsrəddinçilikdə öz əksini tapmışdır. Mollanəsrəddinçilik indi xüsusi bir təlim kimi öyrənilir. Bu təlim kitabında tənqidi-realist ədəbiyyatın poetikasından, ideya-bədii istiqamətlərindən bəhs edilir. Mollanəsrəddinçilik azərbaycançılıq ideyasını reallaşdırmaq üçün təlim kitabıdır. Bu təlim kitabının baş müəllifi Cəlil Məmmədquluzadədir.

Böyük yazıçı tənqidi-realist ədəbiyyatın, “Molla Nəsrəddinədəbi cəbhəsinin formalaşması üçün təkcə ideyalar yaratmırdı, bu ideyaların gerçəkləşməsi yolunda bütün məhrumiyyətlərə dözür, əsl fədakarlıq göstərirdi. Cəlil Məmmədquluzadə bədii əsərlərində publisistika yaradıcılığının bütün sahələrində möhtəşəm əsərlər yaradaraq hər kəsə azərbaycançılıq duyğularıvətəndaşlıq, millilik, insanpərvərlik düşüncəsi aşılayır, insanların hüquq azadlıqlarının dərk təmin olunmasının zəruriliyini təlqin edir.

Azərbaycançılıq ideyası Cəlil Məmmədquluzadənin bədii-publisist yaradıcılığı sayəsində milli-ideoloji konsepsiya səviyyəsinə yüksəlmişdir. Digər mollanəsrəddinçilər məhz bu konsepsiyadan bəhrələnmişlər. ƏgərMolla Nəsrəddinədəbi məktəbi milli-ictimai fikirdə, ədəbiyyatda mətbuatda azərbaycançılığın baş meydanıdırsa, bu meydanda əsas ədəbi təlim verən baş məşqçi Cəlil Məmmədquluzadədir.   

Cəlil Məmmədquluzadə hələŞərqi-Rusqəzeti redaksiyasında işlərkən, həmin qəzetdə dərc etdirdiyi məqalələri ilə mollanəsrəddinçiliyin əsasını qoymuşdur. Ancaq Mirzəcəlilçi mollanəsrəddinçilik təlim olaraq 1906- il aprelin 7-dən başlayıb. Cəlil Məmmədquluzadənin bilavasitə rəhbərliyi ilə keçirilən bu möhtəşəm yaradıcılıq təlimləri 1906-1917-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda baş tutub. Qeyd edək ki, mollanəsrəddinçi təlimlərlə bağlı materiallarMolla Nəsrəddinjurnalının Tiflisdə 370, Təbrizdə 8, Bakıda 398 – cəmi 776 nömrəsində öz əksini tapmışdır.

Böyük demokrat ədib Cəlil Məmmədquluzadə (1869-1932) 37 yaşında ikənMolla Nəsrəddini yaratdı, jurnal qapananda isə o, 62 yaşın içində idi. Həm bu 25 ilin publisistika çərçivəsində, həm ondan əvvəlki ədəbi yaradıcılığı ilə  Azərbaycan ədəbiyyatı tarixində silinməz cığırlar açdı: satirik ədəbiyyatın, satirik publisistikanın, karikatura sənətinin  əsasını qoydu, ilk rəngli şəkilli jurnal yaratdı, kiçik hekayənin böyük ustadı oldu,  Azərbaycan ədəbiyyatındaMolla Nəsrəddinədəbi məktəbinin, tənqidi realizmin banisi kimi şöhrət qazandı, bir sözlə, milli satirik ədəbiyyatın mollanəsrəddinçilik ədəbi təlimini formalaşdırdı, bununla da azərbaycançılıq ideyasının ədəbiyyatda publisistikada, ictimai fikirdə əsas yaradıcılarından biri kimi milli qan yaddaşımızda əbədilik qazandı.

Molla Nəsrəddinjurnalında Azərbaycan nəsrinin, şeirinin, publisistikasının, rəssamlığının əbədiyaşar əsərləri öz əksini tapmışdır. Bu əsərlər öz dövründə müasirləri üçün ədəbi məktəb rolunu oynamış, indi oynayır gələcəkdə bu missiyanı yerinə yetirəcək.

Azərbaycan ədəbi-ictimai fikrinin görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadənin yüksək təşkilatçılığı ilə bir araya gələn əməl dostlarıMirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Məmməd Səid Ordubadi, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Əliqulu Qəmküsar, Mirzə Əli Möcüz Şəbustəri, Məmmədəli Nasir onlarla digər görkəmli Azərbaycan ədibi mollanəsrəddinçiliyin fədakar nümayəndələri olmuşlar. Mollanəsrəddinçilik həmin böyük şəxsiyyətlərin məsləkinə, həyat amalına çevrilmişdir.

Cəlil Məmmədquluzadənin nəsri, dramaturgiyası, publisistikası haqqında çox yazılıb. Böyük mütəfəkkir, yazıçı, dramaturq, jurnalist, naşir Cəlil Məmmədquluzadənin bu titulları sırasına şair sözü əlavə edilməlidir.

Cəlil Məmmədquluzadə öz qələmini yalnız nəsr, dramaturgiya, publisistika sahəsində deyil, poeziya sahəsində uğurla işlətmişdir. Onun poeziyası mollanəsrəddinçi ruhuna uyğun olaraq satirik səciyyə daşıyır. Bu satirik şeirlərdə azərbaycançılıq, millilik ideyası özünü qabarıq göstərir. Bütün şeirlərin canında mollanəsrəddinçilik yaşayır. Cəlil Məmmədquluzadənin satirik şeirlərinin hədəfi Azərbaycan millətinin mənəvi özünüdərki, oyanışı dirçəlişi, Vətənin taleyi, ana dilinin daim yaşadılmasıdır.

Böyük Cəlil Məmmədquluzadə bədii nəzm yaradıcılığına 20 yaşında, 1889-cu ildə başlamış, “Çay dəstgahıalleqorik mənzum dramını yazmışdır. 15 illik fasilədən sonra yenidən poeziyaya müraciət etmiş, satirik şeirlər yazmağa başlamışdır. Cəlil Məmmədquluzadənin satirik şeirləriMolla Nəsrəddin eyni gündə dünyaya gəlmişdir. OnunLisan bəlasıadlı ilk satirik şeiriMolla Nəsrəddinjurnalının 7 aprel 1906- il, 1-ci sayında dərc olunmuşdur. Bu şeirlə Cəlil Məmmədquluzadə gələcək mollanəsrəddinçi satirik şairlərə nümunə göstərmiş, istiqamət vermişdir. Bu şeir azərbaycanlını özünüdərkə, oyanışa, hüquqları uğrunda mübarizəyə səsləməkdədir:

Ey dil, dinmə sükut et, səni tarı,

Lal ol danışma.

Sal başını aşağə heç baxma yuxarı,

Mal ol danışma.

Gər qeyriləri cəmdəkinə vursala, dinmə,

Gər başın əgib peysərinə dursala, dinmə,

Pamal edə düşmən səni səbr et, bala, dinmə,

Ya zülm edə, ya boynuna kəndir sala, dinmə,

Ya ruzunu səbr ilə əlindən ala, dinmə .

Cəlil Məmmədquluzadənin şeirlərində vətənin, millətin taleyindən narahatçılıq duyulur. Millətin oyanmasına, ayıqlığına, öz hüquqları uğrunda mübarizə aparmasına nail olmaq onun əsas məqsədi idi. “Xoş ol zaman ki, xalq yatıb bizəban idisatirasında millətin yuxuda olmasının kimlərə necə sərf etməsindən danışılır:

Xoş ol zaman ki, xalq yatıb bizəban idi,

Bəzmim pilov, çay ilə rəşki-cinan idi,

Sultan idim ki, vəzlə hökmüm rəvan idi,

Millət qulam idi mənə, bəxtim cavan idi....

Mən səslənəndə, görəndə məni lal olurdular,

Mən hirslənəndə dəfətən ishal olurdular,

Mən hökm edəndə xak ilə pamal olurdular,

Qeyzim tutanda əbləhə əmsal olurdular,

Xalqın xudayə söylədiyiəlamanidi,

Dəmlər o dəmlər idi, zaman ol zaman idi.

O, öz şeirlərində milləti qəflət yuxusundan oyatmağa, təhsil almağa, elmə yiyələnməyə səsləyir. Lakin millət çox bərk yatdığından onun yuxudan oyanması üçün çox görmək lazımdır:

Dərədə yatmış idim, oyatdılar, oyanmadım,

Burnuma tikanları uzatdılar, oyanmadım.

Bomba parta-partnan, top atdılar, oyanmadım,

Saqqalımdan bir ovuc qopartdılar, oyanmadım,

Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım...

Biz fəqirə axırı rəhm eyləyib biganələr,

Açdılar mədrəsələr, klub, qiraətxanalar,

Yazdılar kitab, qəzet, xərc etdilər xəzanələr,

Molla Nəsrəddindedi hər həftə bir əfsanələr,

Müxtəsər, hər bir əməl çıxartdılar, oyanmadım .

Mirzə Cəlil millətin mənəvi halına acıyırdı, ancaq ümidini üzmürdü, ona çarə axtarmağa, kömək etməyə çalışırdı. Bu yerdə şairin azərbaycançılığıvətəndaş qeyrəti, millətin məmləkətin istiqlalı yolunda fədakarlıq göstərməyə hazır olması özünü güstərirdi. “Nədirsatirik şeirində deyirdi:

Baxma millət xəstədir, cindarə ümmid et, dadaş,

Bundan özgə ta sözün , özgə dərmanın nədir? 

Sən deyirsən, qoymaram millət tamamən məhv ola,

Vallah, heç bir kəs bilməz, böylə ehsanın nədir?.

 Cəlil Məmmədquluzadənin şeirlərində ana dilinin saflığı qorunur, gözəlliyi, incəliyi aydın duyulur. “Olacaqsanşeirindəki bu misralar yad sözlərdən uzaq olan ana dilinin şirinliyi baxımından diqqət çəkir:

Məğrurisən indi, xəbərin yoxdur özündən,

Əldən vətənin getsə, xəbərdar olacaqsan.

Xar eylədi qəflət səni əğyar yanında,

Yatdıqca bu qəflətdə yenə xar olacaqsan .

Cəlil Məmmədquluzadə bəzənMolla Nəsrəddinjurnalında ayrı-ayrı şəhərlərdə baş verən əhvalatları da nəzmə çəkir, bu hadisələrə özünəməxsus üslubla mövqeyini bildirirdi. “Qafqaz xəbərlərisərlövhəli şeirində Gəncədə, Şuşada, Cəbrayılda, Zaqatalada, Bakıda, Naxçıvanda başqa şəhərlərdə olan vəziyyəti nəzmə çəkmişdir.

Şairlərimiz şəhərlərdən belə xəbər verirlər:

Gəncə

Çıxar üç yüz nəfər fəhlə

Çəyirtgə qırmağa getsin

 Xudaya, qoyma İsmayıl

Bu hammallara zülm etsin.

Cəbrayıl

Can pristav, qurban sənə Kramov

Neçin səni bu günlərə saldılar?

Allahverdi, Səlim bəy, həm yüzbaşı

Qorxma, sənə arxadılar, daldılar.

Cəlil Məmmədquluzadə şeir yaradıcılığında da mövzunu ideyanı real həyatdan götürürdü. Xalqın dərdlərindən, problemlərindən yazırdı, milləti millətlər içində mədəni, elmli, xoşbəxt görmək üçün yaradıcılığın bütün imkanlarından istifadə edirdi. İstəyirdi milləti onu başa düşsün, ətalətdən qurtulsun, mübarizəyə qoşulsun, azadlığını qazansın, hüququnu əldə etsin tanıtsın.

Mirzə Cəlil millətin düçar olduğu vəziyyəti, əhvalı qələmə alırdı. Həmin vəziyyətin, əhvalın olduqca acınacaqlı olduğunu izah etmək üçün yollar axtarırdı, bu dözülməz vəziyyətdən imtina etməyi israrla tələb edirdi. “Yorğanşeirində şairin mühitə üsyankar münasibəti özünü qabarıq göstərir:

Bax millətə, al qanə boyandıqca kefin çək,

Millətçilərin sinəsi yatdıqca kefin çək,

Yazdıqlarımın künhünü qandıqca kefin çək,

Qoy Heydər ilə Neməti hər gündə savaşə,

Gizlin bax özün, çək genə yorğanuvu başə .

Onun şeir yaradıcılığında millətin hüquqsuzluğunu onlara anlatmaq, azadlığı uğrunda mübarizəyə sövq etmək məsələsi əsas mövzulardandır. O, Azərbaycan insanının vəziyyətini satirik şeirlərində canlandırmaqla, əslində, ona öz hüququnu başa salmaşa çalışmışdır. “Molla Nəsrəddinin qıza cavabıında olduğu kimi:

Axırda zor ilə olar sənə ər

Qırx yaşında dəvə kimi bir nəfər,

Boynu yoğun, əqli nazik, özü xər,

Onda sən başına daş salarsan?

Bundan sonra dəxi günün qaradı,

Qızım, bu bir sağalmayan yaradı,

Ta indi gedəcək yerin haradı?

Dəxi bundan sonra tez qocalarsan .

Cəlil MəmmədquluzadəMürəbbesatirik şeirində din pərdəsi altında möhtəkirilk edən, xalqı aldadan, soyan, milləti mövhumata sürükləyən yalançı mollalara özsevgisinibelə izhar edir: 

Anın üçün uymaz qeyriyə könlüm,

Bir əcəb molladır mənim sevdiyim.

Molla nədir, seyid nədir, mələkdir,

Hamıdan əladır mənim sevdiyim.

Saqqalı sünbüldür, yanağı lalə,

Özü da bənzəyir vəhşi çaqqalə,

Qulaqları uzun, gözü piyalə,

Millətə bəladır mənim sevdiyim .

Cəlil MəmmədquluzadəninMolla Nəsrəddinjurnalında dərc olunan satirik şeirləri 1906-1910-cu illəri əhatə edir. Cəlil Məmmədquluzadə satirik şeir üslubunun yeni nümunələrini yaratmaqla mollanəsrəddinçi şairlərin yaradıcılığın bu növündə ilk yolgöstərəni olmuş, Azərbaycan realist ədəbiyyatını zənginləşdirmişdir.

Cəlil Məmmədquluzadə tərcümə yaradıcılığı ilə məşğul olmuşdur. Böyük ədib Lev TolstoyunZəhmət, ölüm naxoşluq” (“Şərqi-Rus”, 21 yanvar 1904, №7) əsərini, XanzadəninArvad” (“Şərqi-Rus”, 30 may, 2 iyun 1904, №63-64) hekayəsini rus dilindən, Marağalı ZeynalabdininSəyahətnameyiİbrahimbəyromanındanAğalar” (“Molla Nəsrəddin” , 1906, №17) sərlövhəli bir parçanı fars dilindən Azərbaycan dilinə tərcümə edərək bu sahədə öz xidmətini göstərmişdr.

Cəlil Məmmədquluzadə Vətənin, millətin, ana dilinin inkişafı, mənəvi yüksəlişi, yad təsirlərdən qorunması üçün yaradıcılıq potensialından yetərincə bacarıqla istifadə etmişdir. O, azərbaycançılıq idealının bütün sahələrini əsərlərində əks etdirmiş, ədəbiyyatda azərbaycançılığı sənət konsepsiyası səviyyəsinə çatdırmışdır.

Cəlil Məmmədquluzadənin əsərləri müxtəlif dillərə tərcümə edilmişdir. Azərbaycan Respublikasında bir sıra küçə mədəni-maarif müəssisəsinə (o cümlədən, Naxçıvan Dövlət Musiqili Dram Teatrına, Naxçıvan Muxtar Respublikasının Dövlət Ədəbiyyat Muzeyinə) Cəlil Məmmədquluzadənin adı verilmişdir. Keçmiş Astraxan rayonu şəhəri 1967-ci ildə onun şərəfinə Cəlilabad, vaxtilə müəllimlik etdiyi Baş Noraşen kəndi isə Cəlilkənd adlandırılmışdır. Naxşıvanda Cəlilabadda heykəli qoyulmuşdur. Bakıda Naxçıvanda ev- muzeyləri, Nehrəm Cəlilkənd kəndlərində xatirə muzeyləri fəaliyyət göstərir. Anadan olmasının 100, 125, 140 illik yubileyləri geniş qeyd olunmuşdur. Akademik İsa Həbibbəyli ədibin müxtəlif ölkələrdə (Fransa, Polşa İranda) yaşayan nəvə-nəticələrini axtarıb tapmış onlarla əlaqə yaratmışdır.

Cəlil Məmmədquluzadə yaradıcılığı şirin Azərbaycan  dilində səlis danışan hər bir Vətən övladı, millət təəssübkeşi üçün daim istifadə olunan tükənməz bir mənəvi xəzinədir.

 

 





10.02.2014    çap et  çap et