525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

İlham Əliyev ərazicə Azərbaycandan bir neçə dəfə böyük ölkənin Prezidenti olmağa layiq və qadirdir!

Var olsun Ali Baş Komandan!

Var millətimin imzası imzalar ÖNÜNDƏ!..

***

Ermənistana Ağrı dağı...

***

Sevincindən 7 kəndi 9 sayanlar da var... :)

***

Azərbaycan Ordusu!

Qürurlu və sanballı səslənir!

***

Allah insaf versin Müdafiə Nazirliyimizin operatorlarına.

Düşmənin atıb getdiyi hərbi texnikanı çəkəndə bir az yan-yörəsini də göstərmirlər ki, tanıyaq qaçdığı yerləri... :)

***

80 nəfər yerli və xarici jurnalistin nə işi var axı terrorçuların içində? Gəlsinlər Fizulidən yola salaq öz ölkələrinə...

***

Cənab Prezident Türkiyə barədə həmişə o qədər ürəkdən danışır, Türkiyəni o qədər əzmlə müdafiə edir, o qədər səmimi tərifləyir ki, adam valeh olur.

Əbədi qardaşlığın, etibarın, inamın, sədaqətin möhtəşəm ifadəsi, açıq nümayişi!

Var olsun Türkiyə-Azərbaycan qardaşlığı!

"... Türkiyənin hərbi sənaye kompleksi, həqiqətən də, möcüzələr göstərir. Bu avadanlıq bizə döyüş meydanında çox kömək edir.

... Türkiyə əfsuslar olsun ki, indi müxtəlif avropalı siyasətçilərin hücumuna məruz qalır. Türkiyəni qaralamaq cəhdləri var. Türkiyəni şantaj etmək, ona təzyiq göstərmək cəhdləri var. Bu, tamamilə qəbuledilməzdir.

... Biz Türkiyə hərbi avadanlığını alırıq və almağa davam edəcəyik".

***

Şuşada sən qonduğun daşa pir deyəcəyəm...

(Ramiz Qusarçaylı)

***

Bütün statuslar ürəklikdir...

***

Nə qədər xoşniyyətlə olsa da, mənbəyi bilinməyən, şübhə doğuran xəbərləri yaymaq həm insanlarımızın hissləriylə oynamaqdır, həm də düşmən dəyirmanına su tökmək...

Hamının həyəcanı və səbirsizliyi başadüşüləndir. Amma təmkin və ciddilik daha vacibdir.

***

Ali Baş Komandanın hər tviti düşmən tərəfində dərin məyusluq, pərən-pərənlik və məğlubiyyətin qaçılmazlığı hissi yaradır.

***

"Le Monde": Şuşadan son xəbər...

- Şuşa uğrunda döyüşlər noyabrın 6-sı gecə Azərbaycanın xeyrinə bitdi;

- Ermənilərin çox sayda ölü və yaralıları var, onları Xankəndinə daşıyırlar;

- Erməni əsgərlər Xankəndinə gedən yolda snayperlər və artilleriya hücumlarına məruz qalırlar;

- Xankəndini Şuşa vasitəsilə Laçın dəhlizi və Ermənistanla birləşdirən əsas yol noyabrın 4-də bağlanıb;

- "Azərbaycanlılar Şuşaya çatdı, şəhər döyüşü gedir" - yaralı erməni əsgər deyib;

- Təcili yardım maşını dayanmadan işləyir, əsgərlər üst-üstə yığılır, bəzi yerlərdə üzbəüz döyüşlər gedir;

Bunu jurnalist Asif Nərimanlı çevirib paylaşıb. Sağ olsun.

***

Bu da mənim 2013-cü ildəki çıxışımdan: "Biz inanırıq ki, Sizin rəhbərliyinizlə, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan torpaqları işğaldan azad olunacaq, Azərbaycan bayrağı Şuşada dalğalanacaq! Və bir gün Siz Azərbaycan yazarlarının əsərlərindən nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində yaradıcı insanlar üçün bir Yaradıcılıq evinin təməlini qoyacaqsınız! Biz buna inanırıq!"

***

Ali Baş Komandan: "Mən çox xoşbəxt adamam ki, bu xəbərləri xalqıma çatdırıram!"

***

Qürur və sevinc göz yaşları...

***

28 il 6 ay!

***

Ali Baş Komandan: "Xoşbəxt adamam ki, Ata vəsiyyətini yerinə yetirdim!"

***

İlk təbrik Cahangir Məmmədlidən gəldi.

***

Bütün təbrik edənləri, sevinənləri qucaqlayıram!

Göz yaşlarınızı öpürəm!

Ömrümüzün ən xoşbəxt günüdür!

***

Əjdər Olun təbriki də şairanə oldu: "Xanın şəhərini aldıq, Xanın kəndin də alarıq, inşallah!"

***

Xumar xanım Qədimova zəng elədi, təbrikini ağlaya-ağlaya çatdırdı.

***

İndi ən mənalı təbriklər göz yaşlarıdır...

***

"Şuşanın dağları" mahnısı da indi başqa cür təsir edir. Dünənəcən mahnıdan hüzn, kədər, nisgil tökülürdü. İndi cəngavərlik, qəhrəmanlıq himni kimi səslənir.

***

Bu görüntülərə - Şuşaya Azərbaycan bayrağının sancılmasına ağlamayıb neyləyəsən?!

Var ol, Azərbaycan əsgəri!

Yaşa, Ali Baş Komandan!

***

Xalqın coşğusunu görmək səadətdir! Milləti qalib cəngavərə çevirən Rəhbərə eşq olsun!

Tarix yazan əsgər, min yaşasın!

***

Şuşanı görməyən, Şuşada olmayan gənc nəslin bu müqəddəs şəhərimizə dəlicəsinə sevgisi adamı qürurlandırır və qəhərləndirir.

Neçə illərdən bəri düşmənin arzusu da Şuşanı unutdurmaq idi. Düzü, bizim də içimizdə bir nigarançılıq, bir səksəkə vardı - birdən yeni nəsil Şuşaya laqeyd olar, biganə yanaşar deyə.

İndi gənclərimizdə Şuşaya qarşı bu möhtəşəm, ilahi sevgini müşahidə edəndə adamın ürəyi atlanır, içi titrəyir.

***

Rusiya Federasiyasına məxsus Mi-24 hərbi helikopterinin vurulmasıyla bağlı Xarici İşlər Nazirliyimizin bəyanatı heç bir cığallığa yer qoymur. Vaxtında, doğru, səmimi izahat və xoş üzrxahlıqdır.

***

Tez yatmışdım. Saat 6-da azan səsinə oyandım. Sonra eyvandan xalqın coşğusunu gördüm; bir-birinə qarışan sevinc sədaları... Və Qələbə müjdəsi!

***

Səhərin gözü belə xoş açılarmış!..

8 noyabr - Şuşa günü!

9 noyabr - Bayraq günü!

10 noyabr - Qələbə günü!

Yaşa, Azərbaycan Ordusu!

Var ol, Ali Baş Komandan!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Qələbəmiz mübarək!

***

Könül bulandırmayın, Qələbəmizə kölgə salmayın! Qısa müddətdə mümkün olanın beşqat artığı əldə edilib. Ardı da olacaq! Tarix davam edir!

***

Azərbaycan Şuşanı dirçəldəcək, Xocalıda 50 min, Ağdamda 200 min nəfərlik - düşmənə göz dağı şəhərlər salacaq!

 

 





11.11.2020    çap et  çap et