525.Az

İnsulin ehtiyacını azaldır, əsəbləri sakitləşdirir - Üzməyin faydaları


 

İnsulin ehtiyacını azaldır, əsəbləri sakitləşdirir - <b style="color:red">Üzməyin faydaları </b>

İnsan sağlamlığı üçün üzgüçülüyün faydaları saymaqla bitməz. Bu idman növünün uşaqdan böyüyə hər kəsin bədən sağlamlığında  müsbət rolu var. Bəs, üzməyin insan ruhunu da sağlamlaşdırdığını bilirdinizmi?

525.az üzməyin ruhu necə sağaltdığı ilə bağlı araşdırmanı sizə təqdim edir:

Yəqin ki, suya girən zaman bədəninizdə yaranan rahatlama hissini, əsəbləri necə sakitləşdirdiyini müşahidə etmisiniz. Bir çox araşdırmalarda üzgüçülüyün insana psixologiyasına müsbət təsir etdiyini təsdiqləyir.

Belə ki, üzgüçülük düzgün nəfəs alma alışqanlığı yaradır. Bu da insana mənəvi rahatlıq, sakit düşünə bilmə və canlılıq bəxş edir. Kiçik yaşlarından üzgüçülüyün öyrənilməsi və davamlı üzmək uşaqlarda uğur qazanma, intizamlı olma, adaptasiya kimi xüsusiyyətlərin möhkəmlənməsinə də kömək edir. Bu idmanla daima məşğul olan insanların həyatda daha çox uğur qazandığı, spirtli içkilərdən, siqaretdən və pis vərdişlərdən uzaq durduğu müşahidə olunur. Hamiləlikdən əvvəl və hamiləlik zamanı üzgüçülüklə məşğul olmaq qadınlarda erkən doğum yaxud ölü doğum riskini azaldır.

Suya qarşı müqavimət göstərərək irəlilədikcə bütün bədən əzaları hərəkət edir. Bu da əzələ möhkəmlənməsi və bədənin elastikliyinin artmasına səbəb olur. Əzələ, skelet sistemi və bədənin koordinasiyasını gücləndirir.

Üzməyin saymaqla bitməyən faydalarından biri də qan dövranına olan təsiridir. Belə ki, daim üzgüçülüklə məşğul olan insanlarda qan dövranı düzgün getdiyi üçün beyin də yetərincə oksigen qəbul edir. Bu da həm beyin, həm də ürək sağlamlığının qorunmasına kömək edir. Eyni zamanda, suya girmək, insanın müqavimətini artırır, immun sistemini möhkəmləndirir

Onun ən önəmli faydalarından biri də şəkərli diabet xəstəliyindən əziyyət çəkən insanlarda insulinə olan ehtiyacın azalmasıdır. Çünki üzmək, bədəndənin insulinə qarşı həssaslığını artırır. Müasir tibdə fiziki terapiyaların bir çoxu suda aparılır. Əlavə olaraq sümük və əzələ problemlərinin aradan qaldırılmasında, sümüklərin bərpasında üzməyin böyük faydası var. Həmçinin onurğa əyriliyi, beldə yırtıq olması, bədənin müəyyən nahiyələrindəki əzələlərin lazımınca işləməməsindən yaranan hərəkət problemlərini üzməklə aradan qaldırılmaq mümkündür.

Natavan Abdullayeva

 





12.11.2020    çap et  çap et