525.Az

Bağdadda İraq və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilib


 

Bağdadda İraq və Azərbaycan xarici işlər nazirləri arasında görüş keçirilib<b style="color:red"></b>

İraqda səfərdə olan Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov həmkarı Hoşyar Zebari ilə görüşüb.

APA-nın İraq XİN-ə istinadən verdiyi məlumata görə, tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, enerji, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını, nəqliyyat, aviasiya sahələrində fəaliyyətin əlaqələndirilməsi, eləcə də siyasi məsələləri müzakirə ediblər. Ölkələr arasında birbaşa hava əlaqəsinin yaradılması da müzakirə olunub.
 
Qeyd edək ki, E. Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki ilə də görüşüb.

 





10.02.2014    çap et  çap et