525.Az

Xasay Mehdizadənin yeni şeirləri


 

Xasay Mehdizadənin <b style="color:red">yeni şeirləri</b>

BİR AZ ARALIDAN


Bu
da bir dünyadır dünyadan gendə,

Bir az gözdən uzaq, könüldən uzaq.

Qismət ayrılanda, pay bölünəndə

Görünür mənə belə yazılıb,

Belə yaşamaq.

Sinəmin üstündə bölgü hasarı,

Özüm öz aramdan axan olmuşam.

Elə vətəndə vətənə sarı

Aradan-bərədən,

Dağdan-dərədən,

Bir az aralıdan baxan olmuşam.

Əlim yetirənə ərkim yetirmir,

Yoxsa haqqım çatmır,

yoxsa haxlıyam

Yaxına görüntümgörküm yetirmir,

hələ uzaqlardan umacaqlıyam...

Hər ilgək üstündə bir cin düyünü,

Yoluma tökülən yol daşı özüm.

Gələn yox, gedən yox,

Bir sözyetən yox,

Özüm öz yolumam,

Yoldaşım özüm.

Bəlkə belə yaxşı,

Bəlkə belə pis,

O buna, bu ona qarışıb axır.

Qovuşan çayların qazancı dəniz,

Bəs yetim damla ?

O da belə ...

Öz əli, öz başı, neyləsin axı...

Budur axıtdığı   şərik arxının,

Əsillər-nəsillər qalır yarıda.

Ocalaq toxumlar,

Qarışıq tumlar  

o axınındır, bu axının,

Kökü özgədir, budaqları da.

Hər ortaq bir ovqat qatdı ruhuma,

Tək elə təkdir , cüt ola bilməz.

Sarmaşıq gülü yaddı  ruhuma,

Birbaşa gərək

Oda bir ağaca sırmaşa gərək,

Yoxsa dizlərindən güc ala bilməz.

Calana-calana qarğı şam oldu,

Çox da ki, bir qatı qamışdı, baba.

Eh, mən deyirəm...

Gör deyirəm:

  mən bir kimsəyə qarışan oldum,

bir kimsə mənə qarışdı, baba.

Yoxsa bu da qismət, tapa kim-kimi,

Boşuna can atmaq cəhdi əbəsdir.

Günlər günə qalsa,

Düzünə qalsa

Kimsə çəkə bilməz mənim yükümü,

Heç mən özgə yük çəkə bilmərəm,

Onsuz da öz yüküm özümə bəsdir.

Hər əsim küləyin bir qatı müşkül,

Altında, üstündə nələr var imiş.

Getmə çox dərinə,

Bəzilərinə

Bu dünya  elə bir ocaq imiş ki,

Yaxına durduqca xumarlandırar,

Uzağa durduqca yandırar imiş...

... Meyvə yeyəninki,

Sən de əhsən,

bağçı, bağban, kimdir onlar ki!

Demək belə ha!

Ay atam-qardaşım,

Özün bil daha,

Bu qaynar qazanın içində sənsən,

Mən gendən baxanam,

Mənə var ki...

O QAPIBU QAPI

(Özündən muğayat ol, özünü qoru, deyirsən)


Qapısı
-bacası hasar içində,

Ev özü hasarın çölündə qalıb.

Hasarı çəkən azar içində,

İki əl bir başın əlində qalıb.

Əl belə, baş belə,

Ağıl-huş belə,

Sən deyirsən ki...

Bütöv sevdasımı kəm-kəsirdə mən,

Yoxsa bu da bəlgə, bu da bəhanə?

Dörd divardı, bir çarpayı, bir mən,

Bir dava-dərman,

Gündəlik normam:

Bir ovuc həb, iynə,

bilim ta .

bir ayaq çatan, bir əl yetən,

Boş yerə boylanan dolu göz mənəm.

O  üz Vətəndir, bu üz Vətən,

Arada kəc qalmış Vətənsiz mənəm.

Həsrətim bar verməz qara daş olub,

Elə ha su ver ki bu daşa, görüm...

Vətəni olmayan vətəndaş olub,

Gəl qoru özünü,

Gəl yaşa görüm...

Bəlkə mən böyüdüb Kür eləmişəm,

Bir damla boydaymış seçim yoxsa ki?

Yüz dəfə ah deyib,

Ya Allah deyib

Güclə ayağıma yer eləmişəm,

Yurdumdan bir küncə umacaqlıyam,

Bir gorgah yerincə umacaqlıyam,

Çoxdan yol üstədir köçüm yoxsa ki...

O qapı-bu qapı,sorma hardayam,

Gəlib çatmayıbdır izim özümə.

Mən adam deyiləm,ipək qurduyam,

Qəfəs toxuyuram özüm özümə,

Qapısı bağlı,

Görənlər haxlı.

Haradı avandı,haradı tərsi?

Ölçüsü əyninə gəlməyə, gələ,

Sudan islanmışın pəhsinməsi,

Qaradan artıq da rəng var ki, hələ?!

Əl qabar,bel qabar,yük ki,ağır,

Hər yarım addım da son gümanımtək.

Bir astarı bu,bir üzü bu,

Sözün düzü bu:


Sən
kimsən,mən kiməm, biz kimik axı,

Adamı qoruyan qoruya gərək!

Yəqin ki,halıma yanıb deyirsən,

Ya nəsə qəlbinə damıb deyirsən,

Sən deyirsən ki...

O NAŞI

Sən Allah,bir ona bax e,

Düyünü dişinə salıb.

Düz- dünya qalıb  belədə,

Gedib çıxıb sıldırıma,

Sıldırımda binə salıb,

O naşı mənə oxşayır.

göz olub, qaş olub,

Görən niyə çaş- baş olub.

Bir az belə birtəhərdir,

Qəm- qüssəyə yoldaş olub.

Özünü deyə bilmərəm,

Yoldaşı mənə oxşayır.

Nəsə gəzir,nəyi,kimi?

Açıq süfrədir görkəmi.

O yolun iki başı var:

Bir başı çoxuna doğma,

Lap elə bu dünya kimi,

Bir  başı mənə oxşayır.

bir yerdə, bir göydə,

Tədbir yerdə,səbir göydə,

Yer üzündə yeri yoxdur,

Qalıb havadan asılı,

Firlanır bir qəbir göydə,

Baş daşı mənə oxşayır...

YENƏ HƏMİN YUXU


Yenə
doldu bulud,boşaldı bulud,

Közərdi hər dəfə bağrımın başı.

Yenə həmin yuxu, o dəli sükut,

Həmin lal baxışlar,həmin göz yaşı.

qaldı deməsin o dəli sükut?

Necə açıqlayım hər sirri burda?

təhər yada sal, təhər unut,

Cəhənnəm əzabı hər biri burda.

İllər barmaq- barmaq gözümə durdu,

Deşdi sal qayanı su dama-dama.

Onda yuxularım ətir dadırdı,

İndi yağış yağır yuxularıma...

Hər bəlkəbəhanə,

Hər bəlgəəngəl,

Gör məni təzədən hara çəkdi bu?

Döndərdin üzünü otuz il əvvəl,

İndi qayıdırsan,

deməkdi bu?

Yoxsa yaşamağın dəyişir tamı,

Ya nədən bu sayaq hopdun yuxuma?

Bəlkə bəyənmədin cavanlığımı,

Bəlkə vurulmusan qocalığıma?!

Hər addım  bir düyün, açması çətin,

qədər sual var hələ kölgədə.

O gedən bir ayrı sən idin yəqin,

Bu gələn bir ayrı sənsən bəlkə .

Hardadı həqiqət, hardadı yalan,

Daha önəmlidir baxır kimdə .

Mən səni günahkar saymıram,inan,

Bir günah görmürəm heç özümdə .

Bəlkə bu məqamda xoş söz tənə,

Sözün məqamla təmənnası var.

Təzədən günah, səbəb, ya ,

Ta günah gəzməyin mənası var?!

Olan buÇinarın yarpaq durumu,

O toxluq payızı görüncə getdi.

İtirir bir ucdan yarpaqlarını,

Hər əsim küləkdə bir çəngə getdi.

...Bəs o kim? Unutdu vaxtı-vədəni,

Fərqinə varmağa haqqım yox daha.

Yenə gəl yuxuma,aparım səni

Ömür baxçasına xəzəl yığmağa...

HƏLƏ DİLİM GÖDƏK...


Demə
çox şeyləri dərk elədim ta,

Hələ üzülürəm bu darda, ana.

Qohum yox,qardaş yox, ya bir həyan yox,

Səni tanıyan yox,sən tanıyan yox

Başın ağrıyanda qolundan tuta,

Mən burda yalqızam,

Sən orda, ana.

Mülk məzar mülküdür,əl-ətəyi gül,

Dərd çiçək içində, neyləyək, axı.

Bu da bir təsəlli,

Hamıya bəlli,

Hərə bir baş daşı, durub elə bil

Baxır məzarına üstdən aşağı.

Cavanı, qocası, kamı,nakamı,

Dodağı sükutdur sözün-söhbətin.

Bu sükut elə bil danışır nəsə,

Söz olub hamı,

Ancaq kim deyir,anlamaq çətin.

Hava qəm qoxuyur,gözləri dolub,

Hər nəfəs çəkəni ardınca çəkər.

Hər qəbir  bir kitab, örtülü qalıb,

oxu,

Keç oxu bacarsan əgər.

Tutmadı calağım, bitmədi əhdim.

Ömür nəsə belə boş olub, ana.

Üzümü-gözümü qəbrinə çəkdim,

Elə bil əllərin daş olub, ana...

Sual çox, cavab yox, hər duyğu bir sirr,

Sən tıncıxmısan elə bil nəsə.

Şəklinə baxıram, şəklin həminki,

Di gəl gözlərimə birtəhər  dəyir,

Bir az sınıxmısan elə bil nəsə.

Hələ çox döyəcək bu dolu bizi,

Kül töküb bir yerdə qala bilmirik.

Verdik əlimizlə yurd yerimizi,

Söz yağır havası iyirmi ildir,

Gedir söz davası iyirmi ildir,

Bir qəbir yeri ala bilmirik..

Yönsüzdür bu həyat,

Yoxsa yönü var?-

Bir ucu vağzalı, bir ucu cəngi

Bəlkə məzarın da qürbət günü var,

Yerlisi,yersizi,didərgini var,-

Xiffət eləməyib neyləyəsən ki?!...

Torpaq övladıyla gərək barına,

Bizki kəc baxmadıq bu anda, ana.

Məzarın hələ

Qalıb belədə,

Doğrulda bilmədim vəsiyyətini,

Apara bilmədim torpaqlarına,

Hələ dilim gödək, üzüm qaradı

Yanında, ana.

Sən varsan,mən yoxam,boşdur bu dünya,

Hardasa bu boşluq dolur yoxsa ki?

ölüb yanına gələ bilirəm,

yatıb yanında  qala bilirəm,

İçi mən qarışıq,

Həmən qarışıq,-

Heçdi bu dünya,

Heç olmaq təhər olur yoxsa ki?!...

AXI HARAMA YARAŞIR


Çarxın
əlindən çıxar,

Çox müşkülü arama,

Dərdin alım.

Bu axşamlar-sabahlar

Hamısı qurama,

Dərdin alım.

Özgədir ömrün tamı,

Bilir ki, bunu hamı,

Halal gəzən gəzir,

Hər şey çəkir adamı

Harama, dərdin alım.

Daş da yanır, deyəsən,

Nəsə qanır, deyəsən,

Mənim dərd çiçəklərim

Mayalanır, deyəsən,

O da mənim barımdı,

Dəymə barıma, dərdin alım.

Gecə boyuma biçilir,

Boyum hər geçə kiçilir,

Qaytar o paltarı, canım,

Onu geyənlər seçilir,

Axı o mənim

harama yaraşır,

Harama, dərdin alım...

           

DE ...


Hər
ömürün mayası sirr,

Bizimlə o sirr yeriyir.

Hardasa axına dönür,

Hardasa axından dönür,

Təklənir, bir-bir yeriyir.

Bərə var yetə bilmirik,

Dərə var ötə bilmirik,

Hara ki, çatmır əlimiz,

Hara ki, gedə bilmirik

O yerə fikir yeriyir.

Boşaldı, ya doldu, de ki,

bilim oldu, de ki,

Əzəli bu, axırı bu,

Yol elə bir yoldu, de ki,

Hər gedən bir cür yeriyir...

Bərdə

 





11.02.2014    çap et  çap et