525.Az

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti (davamı)


 

Azərbaycanda vətəndaş cəmiyyəti təsisatlarının tarixi: ilk QHT-lərin yaranması və fəaliyyəti <b style="color:red">(davamı)</b>

tarix elmləri namizədi

AZƏRBAYCANIN TANINMIŞ MİLYONÇUXEYRİYYƏÇİLƏRİ 

HACI ZEYNALABDİN TAĞIYEV

(1838-1924)

 

* 1838-ci ildə Bakıda başmaqçı ailəsində anadan olub .

* On yaşından başlayaraq palçıq daşımaq, daş yonmaq bənnalıqla, podratçılıqla məşğul olub.

* Sonradan aldığı neft quyusu fontan vurur onu məşhur milyonçu edir.

* 1896- ildə Bayıldakı 20 milyon dəyərində olan zavod mədənlərini satıb bez-parça fabriki tikdirməyə başlayır bu işi 1900- ildə başa çatdırır. Bu, Zaqafqaziyada ilk Toxuculuq fabriki sayılırdı.

* 1916- ildə H. Z. Tağıyev BakıŞollar Su kəmərini çəkdirib başa çatdırır. Hacının təkidi ilə hələ 1904- ildə ingilisamerikan firması kəmərin çəkilişinə başlamışdı.

* 1901-ci ildə Zaqafqaziyada ilk Qız Məktəbini tikdirir.

* 1897-ci ildəKaspiqəzetini mətbəəsi ilə birlikdə alaraq qəzeti öz hesabına çap etdirir.

* Onun vəsaiti ilə 1905-ci ilin iyunun 7-dən Əlibəy Hüseynzadə Əhmədbəy Ağayevin redaktorluğu iləHəyatqəzeti, 1906- ilin noyabrın 1-dən isəFüyuzatjurnalı çap edilir.

* 1883- ildə teatr binasını tikdirir bu, xalq arasında Tağıyev teatrı kimi şöhrət qazanır.

* 1924- ilin sentyabrın 1- 86 yaşında Mərdəkandakı bağ evində vəfat edib.

 

H. Z. TAĞIYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ 

* 1898-ci ildə Peterburqda ehtiyacı olan tələbələrə kömək məqsədi ilə Müsəlman Xeyriyyə Cəmiyyəti yaradılır. Fəxri sədr H. Z. Tağıyev olur. O, cəmiyyətin Fonduna  böyük məbləğdə – 11 min rubl pul keçirir.

* Hələ öz fəaliyyətinin başlanğıcında yetim uşaqları oxutdurmaq üçün 38.848 rubl pul xərcləmişdi.

* Yoxsul uşaqların savadlanmasına orta hesabla 3 000 rubl sərf edirdi.

* Yetim yoxsul uşaqlara – 4 məktəbə hamimüdir olub. Həmin məktəblərə ildə iki min rubl sərf edirdi.

* 1894- ildə Mərdəkan ətraf kəndlərin uşaqları üçün kənd təsərrüfatı meylli məktəb tikdirərək, onun inşasına 31.440 rubl vəsait qoymuşdu. Bundan başqa ildə həmin məktəbin 5 000 rublluq məsrəfini ödəyirdi.

* Azərbaycanlı cavanları Rusiyanın xarici ölkələrin ayrı-ayrı şəhərlərində ali texniki humanitar biliklər almağa göndərirdi. Bu gənclər sırasında N. Nərimanov, M. Əzizbəyov, S. Mehmandarov, F. Rüstəmbəyov başqaları da vardı.

 

ŞƏMSİ ƏSƏDULLAYEV

(1840-1913)
 

* 1840- ildə Bakının Əmircan kəndində anadan olub.

* Əvvəl əkinçiliklə məşğul olub, sonradan isə Suraxanıda neft çıxarılması kerosin emalı ilə məşğul olan rus taciri Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksəlib.

* 15 il müddətində neft duz podratçılığı ilə məşğul olduqdan sonra xeyli qazanc əldə edir, kerosin zavodu açır.

* 1890- ildə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət təşkil edir.

* 1891-ci ildə neftin Xəzər vasitəsi ilə daşınamsı sahəsində Bakı neft kapitalistləri arasında ilk dəfə olaraq buxar oxunu (iki üç-dörd dorlu yelkənli gəmi) sifariş verir.

* 1895-ci ildə təzə aldığı torpaq sahələrindən birində neft fontan vurur. Fontan hər gün altı yüz min pud neft verir.

* Ş. Əsədullayevin Volqa boyu şəhərlərində, Moskvada, Polşada, habelə Orta Asiyada, İranda çoxlu sayda neft anbarları vardı.

* 1903- ildə Moskvaya köçür. Peterburqda Moskvada bir neçə yerdə mülklər tikdirir. Xeyriyyə işləri ilə məşğul olur, yoxsul uşaqlar üçün məktəb açır.

* 1913- ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.

* 1913- ilin 21 aprelində Yaltada günvurmadan 72 yaşında vəfat edib. Bakıda dəfn olunub. Parisdə yaşamış azərbaycanlı yazıçı Ümmülbanu onun nəvəsidir.

* Ş. Əsədullayevin Mərdəkanda XIX əsrin sonlarında tikdirdiyi əzəmətli bağını isə sovet hökuməti müsadirə edib sanatoriyaya çevirmişdi.

 

ŞƏMSİ ƏSƏDULLAYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ 

* Moskvada yaşadığı dövrdə ciddi xeyriyyə işləri ilə məşğul olur. Yoxsul uşaqlar üçün məktəb açdırır.

* Moskvada hazırda Kiçik Tatar döngəsində olan 8 saylı evi Ş. Əsədullayev tikdirib, o zaman təzə yaradılmış olan Tatar mədəniyyət cəmiyyətinə bağışlamışdı. Vaxtilə bu binada tatar məktəbi, tatar kitabxanası, konsert salonu yetimlər üçün uşaq evi olub.

* 1913- ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar Tiflis Müəllimlər İnstitutunda öz adına iki təqaüd təyin etdirir.

  MURTUZA MUXTAROV

(——1920)

 

* Bakının Əmircan kəndində anadan olub. Adi fəhlədən neft maqnatı səviyyəsinə yüksəlib.

* Onun adı daha çox Bakıda neft çıxarılması texnologiyasının inkişafı ilə bağlıdır. O, diplomsuz neft mühəndisi kimi şöhrət qazanıb.

* 1890- ildə yaratdığıPodrat qazmakontoru Bakının Balaxanı, Suraxanı, Ramana Sabunçu neft rayonlarında neft quyularının qazılmasında böyük rol oynayıb.

* 1896- ildə o, qazma standartların endirilib qaldırılması kimi əsas başqa köməkçi işləri icra edən xüsusi bir dəzgah yaratmış bundan ötrü patent almışdı.

* İndi Bakıda məşhur olanSəadətsarayını 1911-1912-ci ildə tikilib burada yaşayıb. Mühəndis Ploşkonun layihəsi əsasında tikilmiş bu bina indi şəhərə bəzək verir.

* 1905-1911-ci illərdə Cənubi Azərbaycanda davam edən milli azadlıq hərəkatınaonun başçıları olan Səttar xana Bağır xana öz rəğbətini bildirib, onlara gizli yollarla kömək edir.

* 1908-ci ilin 10 oktyabrında  Qafqaz Canişinliyindən Bakıya göndərilən gizli məktubda Səttar xana Məşrutə inqilabına kömək edənlər sırasında onun da adı hallanır.

* 1920-ci ilin 27 Aprelindən sonra Bakını talan edən hərbi bolşeviklərdən ikisi onun evinə hücum çəkir. M. Muxtarov onlardan birini silahla vurub öldürür. Sonra da əsəbi vəziyyətdə özünü güllə ilə vurur.

 

MURTUZA MUXTAROVUN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ

* Bakıda fəaliyyət göstərən əksər xeyriyyə cəmiyyətlərinin işində fəallıq göstərir.

* 1910-cu ildə Əmircan kəndində görkəmli memar Zivər bəy Əhmədbəyovun daiştirakı ilə əzəmətli məscid binası tikdirir.

* 1913- ildə Mərdəkanın Pirhəsən adlanan yerində axund Mirzə Abu Turabın qəbri üstündə künbəz, Vladiqafqaz şəhərində məscid tikdirir.

* 1913- ildə Azərbaycan səhnəsinin böyük aktyoru Hüseyn Ərəblinski vərəm xəstəliyinə tutularkən M. Muxtarov ona 700 manat verib müalicəyə göndərmişdi. Müalicə olunaraq geri qayıdan H. ƏrəblinskiBakıqəzeti vasitəsi ilə ona minnətdarlığını bildirmişdi.

* Saratovda olduğu zaman küçədə oxuyan, sonradan məşhur opera artisti olmuş Fatma Muxtarovanın konservatoriyada təhsil almasına kömək edir.

* 1908-ci ildə iyun ayının 3- fəaliyyətə başlamışTərəqqiqəzetiİrşadmətbəəsində M. Muxtarovun maddi dəstəyi ilə nəşr edilir. O, “İrşadmətbəəsini pulla alıb, daimi istifadə üçün Haşım bəy Vəzirovun sərəncamına verir.

MUSA NAĞIYEV

(1842-1919)

 

* 1842-ci ildə Bakı quberniyasının Biləcəri kəndində anadan olub.

* İlk təhsilini kənd mollaxanasında aldıqdan sonra kənddə atasına köməklik edir.

* İlk topladığı pula Qaraşəhərdə əli ilə işləyən kiçik bir kerosin zavodu alır. Sonra neftli torpaq sahələrini alıb neft istehsalına başlayır.

* İndiki İstiqlaliyyət küçəsində tikdirdiyi bina da İsveçrədə vəfat edən oğlu İsmayılın şərəfinəİsmailiyyəadlandırılır.

* Bundan əlavə o, 28 May küçəsində qoşa imarətlər, qırmızı kərpicdən əzəmətli bina, Səməd Vurğun küçəsində Qış klubu (Zabitlər evi), “AstoriyaYeni Avropamehmanxanalarını da tikdirmişdir.

* 1913- ildə öz pulu ilə 225 çarpayılıq xəstəxana tikdirir o xəstəxana bu gün qalmaqdadır.

* M. Nağıyev bəhailiyə daha çox inam göstərir H. Z. Tağıyevlə bağlı məhkəmə prosesində Quran əvəzinə, “Kitabi-Əqdəsə and içmişdi.

* M. Nağıyev 1919-cu ilin mart ayında 67 yaşında vəfat edib.

 

MUSA NAĞIYEVİN XEYRİYYƏ CƏMİYYƏTLƏRİNDƏ FƏALİYYƏTİ

* M. Nağıyev xeyriyyə cəmiyyətlərinin əksərində iştirak edib.

* 1913- ildə şəhər xəstəxanası tikintisi üçün 300 000 (üç yüz min) manat, Bakı Realnı məktəbinin abadlığı, 3- mərtəbənin tikilişi üçün, qiraət otağı, kimya kabineti məktəbin parket döşəməsi üçün 30 000 (otuz min) manat xərcləyib.

* Gəncədə müəllimlər seminariyası üçün 15 000 (on beş min) manat xərcləyib. Şamaxıda Real məktəbinə 1300 (min üz yüz) manat xərcləyib.

* “Səfacəmiyyətinə ildə 500 manat xərcləyib.

* Tiflis məktəbinə 500 manat xərcləyib.

* “Nurmədrəsəsinə 500 manat xərcləyib.

* Semireginsk əyalətində zəlzələdən zərər çəkənlərə 1000 manat xərcləyib.

* 1913- ildə müsəlman xeyriyyə cəmiyyətlərinin kassasına 253 000 (iki yüz əlli üç min) manat pul köçürüb.

* 1908-ci ildən ölümünüdək Bakı Realnı məktəbinin hamisi idi.

(Ardı var)

 





11.02.2014    çap et  çap et