525.Az

Millimiz şübhəli penaltiylə məğlub oldu (VİDEO)


 

Millimiz şübhəli penaltiylə məğlub oldu<b style="color:red"> (VİDEO)</b>

Dünən "DÇ-2014"ün seçmə mərhələsində növbəti oyunlar keçirilib.

525.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün seçmə mərhələdə üçüncü matçına çıxıb.

Son iki oyundan 1 xalla ayrılan Berti Foqtsun komandası bu dəfə səfərdə Rusiya yığmasının qonağı olub. Hazırda qrupun lideri olan Rusiya millisi bu görüşün əsas favoriti hesab olunurdu. Matçın taleyini bir qol həll edib. Roman Şirokovun matçın 83-cü dəqiqəsində penaltidən vurduğu qol ruslara qələbə qazandırıb. 

Rusiya millisinin oyunçusu cərimə meydançasının kənarında yıxılarkən matçın makedoniyalı baş hakimi Aleksandar Stavrev penalti nöqtəsini göstərib. Bu ədalətsiz qərarı rus şərhçilərin özləri də etiraf ediblər. - 1:0.

 





17.10.2012    çap et  çap et