525.Az

Bəy və gəlin toy günü öldü - Faciəvi hadisə


 

Bəy və gəlin toy günü öldü - <b style="color:red">Faciəvi hadisə</b>

Hindistanda evlənmək istəyən cütlüyün başına bədbəxt hadisə gəlib.

525.az xarici mediaya istinadən xəbər verir ki, toya hazırlaşan hindistanlı cütlük şəkil çəkdirmək üçün getdikləri Karnakata əyalətində ölüblər.

Belə ki, 28 yaşlı bəy Çandru və 20 yaşlı gəlin Şaşikalanın toymərasimi olacaqdı. Onlar toy şəkilləri üçün Kaveri çayının sahilində tərk edilmiş bir şəhər seçiblər. Bunun üçün 4 nəfər iki ədəd kiçik qayıqla sahildən 30 metr məsafədə uzaqlaşıblar.

Bu zaman gəlin fərqli formalarda şəkil çəkdirməyə çalışıb və dikdaban ayaqqabı ilə tarazlığını qoruya bilmədiyi üçün çaya yıxılıb. Bəy isə gəlini xilas etmək üçün çaya atılıb. Lakin qayıq çevrildiyi üçün onlar hər ikisi boğularaq ölüb.

Hadisə yerinə çağrılan xilasetmə dəstəsi çaydan cütlüyün cəsədlərini çıxarıb.

Natavan Abdullayeva

 





13.11.2020    çap et  çap et