525.Az

FİFA “Neftçi”ni cərimələdi


 

FİFA “Neftçi”ni cərimələdi<b style="color:red"></b>

FİFA “Neftçi” klubunu cərimələyib. Qol.Az-ın futbol11.az saytına istinadən yaydığı xəbərə görə, buna komandanın fiziki hazırlıq üzrə keçmiş məşqçisi Mehmet Akın şikayəti səbəb olub. Türkiyəli mütəxəssis müqaviləsi başa çatmadan istefaya göndərildiyi üçün “Neftçi”dən təzminat tələb etmişdi.

FİFA Mehmet Akı haqlı çıxararaq, “Neftçi”ni rəsmən cərimələyib. Artıq bununla bağlı AFFA və klub məlumatlandırılıb. Əgər “Neftçi” türkiyəli çalışdırıcıya tez bir zamanda 42 min avro ödəməsə, o zaman daha ciddi sanksiyalara məruz qalacaq.

Xatırladaq ki, M.Ak Arif Əsədovun dönəmində "Neftçi"də çalışıb. Böyükağa Hacıyevin gəlişindən sonra M.Ak müqaviləsi başa çatmamış istefaya göndərilib.

 





11.02.2014    çap et  çap et