525.Az

Zadə açarı


 

Zadə açarı<b style="color:red"></b>

Bu gün dünyanı dəyişən insanlardan danışmaq, bəhs etmək zamanın ruhuna uyğun olaraq çalarına sözün vurğusuna, hətta bədii ifadə vasitələrinə  görə dəyişib. Əgər dünya məsələn, ötən 100 ilin ilk əlli ilində öz sərhədlərini hərbi ya  hərbi-siyasi dühaların ekspansiyası ilə dəyişdirirdisə , təxminən 50 il bundan əvvəl bura həm yer planetini  elm gücü ilə qlobal çevrədən lokal kəndə çevirən  insanlar da aid olmağa başladı. Özü bu insanların düha gücü  təkcə Aristotelin, elmi  mühakimələrin  " yox"  təsdiqini müəyyən edən  binar fəlsəfə ilə deyil,  ikili say sisteminin arasında çoxsaylı çalar axtarmaq  missiyasında  idi. Bu missiya texnologiyanı  elmin   yeni düşüncə arsenalına fəzasına   daşıdı. Bu fəzanın  üç ölçülü bucağından dünya qeyri-səlis görünməyə başladı. Texnologiyanın qeyri-səlis  tətbiq dili  insanlara rahat yaşamağı nəsib etdi.

1965-ci il. Dünya  hələ ikili məntiqlə düşünür. yoxlarla. Zadənin qeyri-səlis məntiqi bu yoxların, 0 1-in arasında çoxlu nüanslar görür elmin  yeni inkişaf qanunlarından danışırdı.

Zadə elmin yeni həqiqət axtarışına  qeyri-səlis məntiqlə başladı. İlk vaxtlarda hətta bu sözün ifadə formasına çoxları şübhə ilə yanaşsa da , o mühəndis kimi  bilirdi ki, klassik riyaziyyat qanunları ilə  hər hansı bir problemi həll etmək imkanları binary (ikili)  məntiqə söykənir.Ancaq binar yanaşma ilə yoxların cavab variantları qədər dəqiq görünsə , qeyri- səlis üzü var. Zadə bu məntiqin  həyat insan mahiyyətini axtarırdı.  deyirdi ki, biz insanlara Allah   qeyri-müəyyən natamam bir mühitdə qərar   qəbul etmək  üçün  fövqəladə  qabiliyyəti verib. Qeyri-səlis məntiqin  əsas məqsədi   bu qabiliyyətinin formalaşdırılmasına xidmət edir.

Məsələn,  Zadə məntiqi ilə klassik məntiq arasında  sadə  müqayisə aparaq.  Basketbol oyunlarında , belə bir qayda var: oyunçunun   boyu 185 sm olmalı  yaxşı top atmaq bacarığına yiyələnməlidir.  Burada  klassik məntiqlə, yoxla  yaxşı basketbolçu olmağın sərhədləri dəqiqdir. Bu  boy göstəricisindən (185 sm)  aşağı   bütün oyunçulardan  imtina edilir. Lakin qeyri-səlis məntiq məsələn, 184 sm boyu olan   əla basket edən oyunçunu kənarda qoymazdı. Deməli qeyri-səlis məntiq dünyada ən ağır hesab olunan qərar qəbul etməni şaxələndirir, optimal edir çox incə detalları hesablayır.

Əgər belə olmasaydı  son əlli ildə Yaponiya Birləşmiş Ştatlarda bu metodologiyaya  əsaslanan  50,000 patent  istehsala tətbiq olunmazdı . Zadə məntiqi  dünyanın mühəndis zehniyyətini dəyişərək  minlərlə kompleks intellektual sistemlərində istehsal xərclərinin aşağı salınmasında  daha faydalı elastik mühiti təmin edir, çoxsaylı sənaye proseslərini qeyri-səlis həllərə tabe edir.

Beləliklə, 1965-ci ildən başlayan  Zadə əsri . Zadənin  nəzəriyyəsinə  35,000 elmi istinad olunub. Bunu  XX əsrin rekord göstəricisi saymaq olar. oradan qeyri-səlis məntiq , bilik sərhədlərinə uzanan  parlaq sistem açılır-çoxsaylı tətbiq  sahəsi tapan  Zadə məntiqi. Məsələn, onun nəzəriyyəsinin ilkin tətbiq sahələrindən biri Yaponiyanın  avtomatlaşdırılmış metro sistemi - Sendai idi.

Zadə  bizi getdikcə daha təbii insan dili ilə maşınla  ünsiyyətimizi  təmin  edir. 93 yaşlı  dahi adidən adi Zadə  bu gün   qeyri-səlis məntiq sahəsində ən perspektivli tədqiqatlarını aparır  müəllif təbii dil ilə daha yaxından kompüter digər  sistemləri birləşdirəcək ki,  bu da inkişafın yeni fazası  deməkdir.

Bu yaxınlarda  informasiya  kommunikasiya texnologiyaları sahəsində  "biliyin sərhədlərində" nüfuzlu mükafatına layiq görülən Zadə məntiqi dünyanı yeni ritmə kökləyir, qeyri-səlis fəlsəfəsi ilə inkişafın  daha səlis çalarlarını axtarır.

 





11.02.2014    çap et  çap et