525.Az

Əhvalınızdakı dəyişikliyin səbəbi genlər ola bilər - ARAŞDIRMA


 

Əhvalınızdakı dəyişikliyin səbəbi genlər ola bilər - <b style="color:red">ARAŞDIRMA</b>

Bəzi insanlar bardağın dolu tərəfinə baxarkən, digərləri onun yalnız boş tərəfini görür. Elm adamları bunun genetik səbəblərinin olduğunu iddia edir.

525.az xəbər verir ki, ingilis elm adamlarının araşdırması hadisələrə baxış və yanaşma tərzlərimizin xoşbəxtlik hormonuyla bağlı olduğunu üzə çıxarıb.

Belə ki, hadisələrin müsbət tərəflərini görən və müsbət davranışlara sahib olan insanlarda araşdırma aparılıb. Onların genetik quruluşunun bədənlərindəki serotonin səviyyəsinə təsir etdiyini ortaya çıxarıb.

Bu araşdırmaya görə, xoşbəxtlik və bədbəxtliyi əslində, genetik faktor hesab etmək olar. “Essex” Universitetindən Professor Elaine Fox və komandasının apardıqları bu araşdırmada 100 nəfər könüllü iştirak edib. Təcrübəyə əsasən, onlara insanda müsbət və mənfi hisslər yarada biləcək fotolar göstərilib. Eyni zamanda, iştirakçıların hər birinin DNT nümunələri də götürülüb və onların cavabları ilə qarşılaşdırılıb.

Nəticədə, “5 HTTLPR” genetik kodlarının xoşbəxtlik hormonu olaraq bilinən serotonin səviyyəsinə təsir etdiyi məlum olub. Professor Fox və komandasının çalışmalarına görə, genin bir qısa və bir uzun versiyası var. Bu qısa versiyaya sahib olan iştirakçıların göstərilən şəkillər arasında müsbət təsvirlərə daha çox fokuslandıqları müşahidə olunub.

Bu təcrübəyə əsasən, “5 HTTLPR” geninin qısa versiyasına sahib olan insanların daha asan xoşbəxt ola bildiyi iddia olunur.

Natavan Abdullayeva

 





14.11.2020    çap et  çap et