525.Az

Alim və müəllim ömrünün müdriklik çağı


 

Alim və müəllim ömrünün müdriklik çağı<b style="color:red"></b>

İlk baxışda illər uzunu tanıdığın, bələd olduğun insan haqqında söz demək adama asan gəlir. Lakin söhbət şəxsiyyətinə hər zaman pərəstiş etdiyin müəllimindən gedəndə bunun qədər çətin məsuliyyətli olduğunu başa düşürsən. Çünki hər birimizin həyatında, dünyagörüşümüzün düzgün formalaşmasında mühüm rol oynayan müəllim haqqında dediyin hər bir kəlmə, hər bir söz onun şəxsiyyətinə uyğun olmalıdır. Mənim mənim kimi bir çoxlarının həyatında böyük rol oynayan müəllimlər arasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru Aida xanım Tağızadənin xüsusi yeri var.

Milli musiqişünaslıq elmimizdə özünəməxsus yeri olan, dəst -  xətti öz zəngin yaradıcılığı, qüdrətli şəxsiyyəti, istedadı ilə seçilən Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq namizədi, professor Aidə xanımın bu günlərdə 80 yaşı tamam olur. Aida xanım musiqi elmində  sözünü deyib, özünü hər zaman yeni fikir, yeni ideya, tədqiqat üslublu axtarışlarında fərqli elmi - estetik mövqedən çıxış edən bir alim kimi təsdiq edib.

Onun professional keyfiyyətləri, yüksək erudisiyası, çoxcəhətli, məhsuldar yaradıcılığı tələbələri üçün hər zaman örnək, bizi daim irəli aparan bir işıq olub. Aida xanım mənim üçün həmişə insanpərvərliyin, zəhmətsevərliyin professionallığın bariz nümunəsidir.  O, konservatoriyada oxuduğum illərdə "Azərbaycan musiqi tarixi" fənnini tədris edən müəllimim, həm elmi rəhbərim olub. Aida xanım o vaxt "Musiqi tarixi" kafedrasının müdiri idi, onun rəhbərliyi altında diplom işi yazmaq çox şərəfli ikiqat məsuliyyətli idi. Diplom rəhbərim kimi onunla ünsiyyətdə olduğum hər gün peşəkarlığa gedən bir yol idi.  Aida xanım musiqişünaslığın ən qabaqcıl ənənələrini hər zaman öz tələbələrinə təlqin etməyə çalışan, onların yaradıcılıq potensialını inkişaf etdirən, müstəqil düşünməyə qabil insanlar yetişdirən, ən əsası onları zəhmətə alışdıran  bir müəllimdir. Mükəmməl erudisiya intellektə malik Aidə xanım bədii zövqü, toxunduğu hər bir mövzuya kübarcasına münasibəti, xüsusi yazı araşdırma üslubu prinsipiallığı ilə fərqlənir bunu öz tələbələrinə təlqin edir. Bu gün onun dissertantları milli musiqi elmimizə sanki yeni bir nəfəs, fəqrli əsl yaradıcı axtarışlar abu - havası gətirib, desək, səhv etmərik.

Azərbaycan bəstəkarlarının ifaçılarının yaradıcılığına, milli professional musiqi janrlarına, musiqi elminin həm inkişafına, həm aktual problemlərinə həsr olunmuş monoqrafiya külli miqdarda məqalələri ilə milli musiqi elmimizə öz imzasını atmış Aida xanım musiqişünaslığımızın salnaməsini yaradanlardan biridir. Niyazi, Soltan Hacıbəyov, Fikrət Əmirov, Aqşin Əlizadə, Arif Məlikov kimi milli musiqimizin korifeylərinə həsr olunmuş dəyərli əsərləri onun özünəməxsus məntiqini, bir nəzəriyyəçi kimi müfəssəl təhliletmə qabiliyyətini ən yüksək mənada peşəkarlığını nümayiş etdirir. Onun qələminə məxsus "Cövdət Hacıyev", "Soltan Hacıbəyov" monoqrafiyaları bu görkəmli bəstəkarlar haqqında sanballı tədqiqat əsəri kimi hər bir musiqişünasın masaüstü kitabıdır.

"Soltan Hacıbəyov" monoqrafiyasında görkəmli bəstəkarın yaşadığı zəmanənin ruhuna, nəbzinə uyğun olaraq, simfonik forma axtarışlarını, milli üslubun inkişaf etdirilməsi yenilənməsini işıqlandıran müəllif bəstəkarın hərtərəfli portretini yaradıb, musiqisinin ruhunu göstərib, əsərlərinin obraz quruluşunun müasir məzmunla, müasir insanın hiss fikirləri ilə zənginləşdiyini araşdıraraq, üzə çıxarıb. Monoqrafiyada bəstəkarın xalq tərəfindən sevilən, geniş şöhrət tapan əsərləri - "Karvan", "Uvertüra", "Konsert", "Gülşən" baleti müfəssəl şəkildə araşdırılıb.

Zəmanəmizin görkəmli bəstəkarı Cövdət Hacıyevə həsr etdiyi monoqrafiyada müəllif bəstəkarın həm şəxsiyyət, həm sənətkar kimi portretini yaradıb. Çox önəmlidir ki, bu araşdırma yalnız bəstəkarın şəxsiyyəti yaradıcılığı ilə məhdudlaşmayıb, geniş mədəni - tarixi kontekstdə, ictimai - tarixi hadisələrlə paralel şəkildə aparılıb. Bəstəkarın yaradıcılıq yolunu, onu bir şəxsiyyət kimi formalaşdıran mənbələri, bəstəkarın milli, Avropa rus musiqi ənənələrinin təbii qovuşuğundan qaynaqlanmış musiqi üslubunu ardıcıl şəkildə araşdıran müəllif bəstəkarın hər əsərini dərindən təhlil edib. Müəllif haqlı olaraq, bəstəkarın qələminə məxsus hər bir əsərin yeni nəslin yetişməsi formalaşmasında mühüm rola malik olduğunu, neçə-neçə bəstəkarlarımızın öz yaradıcılığında məhz bu mənbədən qaynaqlanıb, bu mənbədən bəhrələndiyini qeyd edir. Bəstəkarın həyat yaradıcılığı haqda bilgilərlə zəngin olan monoqrafiya musiqi elmimizə çox qiymətli bir töhfədir.

Aida xanım dövrün, zəmanənin nəbzini tutmağı bacaran bir insandır. O, bütün yaradıcılığı boyu istər radio dalğalarından, istər konsert salonlarından Azərbaycan bəstəkarlarının yaradıcılığının, onların əsərlərinin təbliğatçısı olub. 1995-ci ildə Kirxada Azərbaycan qadın bəstəkarlarının yaradıcılığına həsr olunmuş tədbir Aida xanımın təşkilatçılıq qabiliyyətindən xəbər verir. Çox önəmlidir ki, hər zaman sənətə sənətkarlara, yaradıcı insanlara yüksək qiymət verən Ulu Öndər bu tədbirdə iştirak edib tədbirin təşkilatçılığını yüksək qiymətləndirib. Aida xanımın bu fəaliyyəti nəinki doğma Vətənində, hətta ondan uzaqlarda, 1996 -2007- ci illərdə Ankaranın Bilkənd Universitetində işlədiyi vaxtlarda da davam edib. Hər zaman Vətənini, xalqını sevən, ona bağlı olan Aida xanım Ankara Televiziyasında Azərbaycan musiqisinin tarixinə, görkəmli bəstəkarların yaradıcılığına aid verlişlər təşkil edib bu verilişlərin həm müəllifi, həm aparıcısı kimi çıxış edib. Aida xanımın gözəl natiqlik qabiliyyəti ilə bu layihələri dinləyici tamaşaçıların yaddaşına həkk edə bilib. Bu tədbirlər təbii ki, gənclərin estetik dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir, təbliğat vasitəsi kimi yüksək bədii əhəmiyyətə malikdir.

A.Tağızadənin "XX əsr Azərbaycan musiqisi" məqalələr toplusunda müəllifin müxtəlif dövrlərdə mətbuat səhifələrində dərc olunan müasirləri, ifaçılar, musiqişünaslığın aktual problemləri, musiqi həyatında baş verən müəllifi düşündürən məsələlər haqqında fikir mülahizələri, oçerkləri, məqalələri öz ifadəsini tapıb.

Hal - hazırda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının musiqi tarixi kafedrasında professor vəzifəsində fəaliyyətini davam ertdirən Aida xanımın əsas fəaliyyət dairəsi təbii ki, müəllimlikdir. Azərbaycan, rus musiqi tarixindən oxuduğu mühazirələri onun sözün əsl mənasında peşəkarlığından xəbər verir. Aida xanım Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür, musiqi elmi sahəsindəki nailiyyətlərinə görə Azərbaycanın əməkdar incəsənət xadimi adına layiq görülüb.

Aida Tağızadə həm daxil zahiri gözəlliyi bir - birini tamamlayan çox gözəl bir xanımdır. Onunla adi bir söhbət insanı mənən zənginləşdirir, saflaşdırır elmi axtarışlara sövq edir. Mən əziz müəlliməmi yubiley münasibəti ilə təbrik edir onun yetişdirdiyi çox böyük tələbə ordusu adından ona cansağlığı, uzun ömür yeni nailiyyətlər arzulayıram.

Ellada Hüseynova

sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent

 





11.02.2014    çap et  çap et