525.Az

Tvitterdə yazdıqlarına görə məhkəməyə çıxacaq


 

Tvitterdə yazdıqlarına görə məhkəməyə çıxacaq<b style="color:red"></b>

O, islamı təhqir etdiyinə görə məhkəmə qarşısında cavab verəcək.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, məşhur pianoçu Fazil Say islam dini haqda tvitterdə təhqiredici ifadələr söyləyib. O, müxtəlif vaxtlarda sosial şəbəkədə islam dinini təhqir edən yazılar yazaraq digər dostlarının da bu mövzuda qələmə aldığı fikirlərini öz səhifəsində retvit edib. 

F.Say vəkilinə verdiyi açıqlamada yazılarında islamı təhqir etmədiyini, əksiniə bəzi dini dəyərləri istismar edən şəxslərdən rahatsız olduğunu qeyd edib. Qeyd edək ki, dinə qarşı təhqiredici ifadələrə görə günahlandırılan Fazil Sayın məhkəməsi oktyabrın 18-də İstanbul Sülh Məhkəməsində keçiriləcək.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et