525.Az

Xan Şuşam! - Şeir


 

Xan Şuşam! - <b style="color:red">Şeir</b>

Qalib sərkərdəmiz İlham Əliyev: “Əziz Şuşa! Sən azadsan! Əziz Şuşa Biz qayıtmışıq! Əziz Şuşa! Biz səni dirçəldəcəyik!”

Bu Şuşanın yollarında
                duman heyy!
Ürəyimdə bir düyün var
                   aman heyy!
Mavi dağlar, yaxın gəlin dərdləşək,
                   bu sizlər heyy,
                   bu mən, heyy!

Bu Şuşanın dolayları hörükmü?!
Dərələri havalanmış körükmü?
Duyğuların selinə bax, ay Allah!
Daşaltısı hər baxana görükmür...

Bu Şuşada bulaq atlı, çay atlı,
Bulud atlı, ulduz atlı, Ay atlı!
Bu qamçıdır, ya şimşəkdir əlində?
Hardan belə, hara belə, ay atlı?..

Bu Şuşanın dağı-daşı oxunar.
Dodaqlarda zümzümələr, oxular.
Güllərinə düşmən əli dəyməsin,
Yoxsa dönüb budaqları ox olar!

Bu Şuşanın Qalasıdır, daşıdır.
Bu daşları babalarım daşıdı...
Pənah xanın, Natəvanın yurdudu
Mənim qeyrət üzüyümün qaşıdı!
.
İstəklimdir, bu sevdadan dəliyəm!
Buluduyam, yağışıyam, seliyəm,
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın!
Torpağında dərdlərimin davası,
Damarında qaynamaqda havası
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın!

Cıdır düzü dağdan atdı zülümü,
Əllərindən üzəmmərəm əlimi!
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın! 

Qalib ordum sevindirdi hər yeri.
Cəngavərdir sərkərdəsi, əsgəri!
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın! 

Kim deyər ki, bu qələbə nağıldı?
Başı üstən qara duman dağıdı
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın! 

Dolaylarda daşa dönnəm-yaşaram,
Göylərində quşa dönnəm-yaşaram,
Bu Şuşanın, bu Şuşanın,
                     Şuşanın! 

Şüvəlan, 12 noyabr 2020-ci il,
Böyük Qələbə bayramı günləri.          

 





16.11.2020    çap et  çap et