525.Az

Binəqədinin sabiq hərbi komissarına 13 il həbs istənildi


 

Binəqədinin sabiq hərbi komissarına 13 il həbs istənildi<b style="color:red"></b>

Prokuror Binəqədi rayonunun sabiq hərbi komissarına 13 il iş istəyib.

Bakı Hərbi Məhkəməsindən Trend-ə verilən məlumata görə, Binəqədi rayonunun sabiq hərbi komissarı Feyzi Ağabəyov və komissarlığın hərbi həkim komissiyasının sədri Zöhrab Muxtarovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb və son prosesdə dövlət ittihamçısı təqsirləndirilənlərə iş istəyib.

Prokuror Ağabəyovun 13, Muxtarovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəmədə xahiş edib. Proses təqsirləndirilənlərin vəkillərinin çıxışı ilə davam edəcək.

Xatırladaq ki, adıçəkilən şəxslər ötən ilin aprelində həbs olunub.

Respublika Hərbi Prokurorluğu tərəfindən hərbi komissarlıqlarda aparılmış yoxlamalar nəticəsində bir sıra hallarda çağırışçıların hərbi xidmətə çağırışdan əsassız azad edilmələri, onlara hərbi həkim komissiyalarının rəyinə əsasən, qanunsuz möhlət verilməsi və valideynlərindən rüşvət alınması müəyyən edilib.

Bu faktlarla bağlı Bakı şəhərinin Binəqədi, Suraxanı rayon, Sumqayıt şəhər və respublikanın digər rayon hərbi komissarları barəsində CM-nin 311.1 (rüşvət alma (passiv rüşvətxorluq), 313 (vəzifə saxtakarlığı), 341.1 (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə cinayət işləri başlanıb.

 





17.10.2012    çap et  çap et