525.Az

Prezident 15 yaşı tamam olmamış vətəndaşlarla bağlı fərman verdi


 

Prezident 15 yaşı tamam olmamış vətəndaşlarla bağlı fərman verdi<b style="color:red"></b>

Prezident İlham Əliyev “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında” 2013-cü il 17 dekabr tarixli qanununun tətbiqi barədə fərmanı imzalayıb.

Fərmanda qeyd olunub ki, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı Azərbaycan ərazisində onun şəxsiyyətini təsdiq edən sənəddir. Fərdi identifikasiya kartını bu Qanunla müəyyən edilmiş qaydada vətəndaşın valideyninin, vətəndaşı övladlığa götürənin, vətəndaşın qəyyumunun və ya himayəçisinin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı verəcək.
Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.

Fərdi identifikasiya kartının alınması üçün vətəndaşın qanuni nümayəndəsi ərizə ilə müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Ərizəyə vətəndaşın qan qrupunun və gözlərinin rənginin göstərildiyi tibbi arayış, doğum haqqında şəhadətnamə, qanuni nümayəndənin şəxsiyyət vəsiqəsi və qanuni nümayəndə olduğunu təsdiq edən sənəd əlavə edilir.
Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
 
Qanuna əsasən, itirilmiş və sonradan tapılmış fərdi identifikasiya kartı dərhal onu verən orqana təhvil verilməlidir. Bu qanun 2015-ci il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanında Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

 





11.02.2014    çap et  çap et