525.Az

Ukraynada Fevral ayi Xocalı Ayı elan olunub


 

Ukraynada Fevral ayi Xocalı Ayı elan olunub<b style="color:red"></b>

Ukrayna Azərbaycanlı Gənclər Birliynin (UAGB), Dağlıq Qarabağın Azərbaycanlı İcmasının Ümumukrayna Gənclər Assambleyasının və ASAİF təşkilatının birgə təşəbbüsü ilə Ukraynada fevral ayı Xocalı ayı elan olunub  Ukrayna Azərbaycanlı Gənclər Birliyinin bununla bağlı  keçirtdiyi toplantıda Ukraynanın bir sıra yerlı gənclər təşkilatlarıda Xocalıya Ədalət kompaniyasına  qatıldıqlarını elan ediblər.

UAGB- nin  mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, toplantıda UAGB-nin sədri Anar Tahirov çıxış edərək, 2008-ci ildən başlayaraq Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə dünyanın bir çox ölkələrində "Xocalıya Ədalət" kompaniyası çərçivəsində həyta  keçirilən tədbirlərin 22 il bundan öncə   ermənilərin   xocalı şəhərində törətdikləri  soyqrım siyasətinin  beynəlxlq ictimaiyyətə çatdırılmasında  müstəsna rol oynadığını  bildirib.  Bu  istiqamətdə dünyanın müxtəlif ölkələrində olduğu kimi ukraynada yaşayan azərbaycanlı gənclərində üzərinə  böyük məsuliyyətin düşdüyünü  nəzərə çatdırıb. Ötən 3 il İslam  Konfransı Gənclər Forumunun və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin  birgə təşkilatçılığı ilə Ukraynada fevral ayının   Xocalı ayı  elan olunmasının  əhəmiyyətindən danışan birliyin həmtəsisçiləri Cavid Hüseynzadə, İlhamə Allahverdiyeva və UAGB –nin  fəalları  Oksana Əliyeva, Elməddin Zərbəlizadə kiyev şəhərində fəaliyyət göstərən azərbayacan mədəniyyət mərkəzinin rəhbəri Rafiq  Novruzov ənənəyə uyğun olaraq  bu ildə Xocalı ayı çərçivəsində Ukraynanın bir sıra vilayət və şəhərlərində silsilə tədbirlərin həyata  keçiriləcəyini vurğulayıblar.

Xocalı  adi bir faciə deyil  Bu insanlığa qarşı törədilmiş bəşəri cinayət və əsl soyqrım siyasətidir Toplatıda çıxışlarını bu notlar üzərində quran Ukrayna  Gənclər assambleyasının sədr müavini Andrey Şelepniçkiy  Xocalı soyqrımının ukrayna ictimaiyyətinə çatdırılması üçün  təmsil etdiyi təşkilatın  Xocalıya ədalət kompaniyasına  qoşulduğunu elan edib .

Toplantıda  tədbirlər planına əsasən, Ukraynanın bir sıra vilayət və şəhərlərinin mərkəzi meydanlarında xocalıya ədalət yürüşlərinin keçirilməsi, Xocalı soyqırımını özündə əks etdirən foto informasiya bukletləri paylanması, adı çəkilən şəhərlərdə anım mərasimlərinin təşkil olunması və Xocalı faciəsi haqqında elmi praktiki seminarların keçirilməsi
, ATƏT-in və BMT-nin Ukrayna nümayəndəliklərinin qarşısında etiraz aksiyasının  keçirilməsi  və adı çəkilən beynəlxalq qurumlara hazırlanmış qətnamələrin təqdim olunması məsələləri geniş müzakirə edilərək  yekdilliklə təsdiq olunub.

 





11.02.2014    çap et  çap et