525.Az

Diz ağrılarının sadə çarəsi


 

Diz ağrılarının sadə çarəsi<b style="color:red"></b>

Limon qabığının tərkibindəki C vitamini, kalsium, potasium və lif limon suyundan 5-10 qat daha zəngindir. Eyni zamanda qabığının içində limon yağı, faydalı turşular və pektin var.Tərkibindəki kalsium və vitaminlər sümük xəstəliklərinin qarşısını alır. Xərçəngə qarşı faydalıdır. Xolesterolu salır, diz ağrılarını rahatladır, qandakı PH səviyyəsini tarazlaşdırır.

525.az xəbər verir ki, limon qabığı sayəsində diz ağrısından qurtula bilərsiniz. Limon qabığı qan damarlarını genişləndirərək rahatlaşdırır və iltihaba qarşı savaşır.

Tərkibi: Zeytun yağı, 2 limon, 5 ədəd evkalipt yarpağı, təmiz bir bez, qapaqlı balon.

Hazırlanması: Limon qabıqlarını balona yerləşdirin və üzərinə çıxacaq qədər zeytun yağı tökün. Evkalipt yarpaqlarını yerləşdirin. Balonun ağzını bərk bağlayın və iki həftə saxlayın. İki həftə sonra hazırladığınız qarışığı ağrıyan bölgəyə sürtün və təmiz bir bezlə sarıyın. Bu prosesi gecələr etsəniz, bütün gecə boyu qarışığın daha tez sorulması onun təsirini də artırmış olar.

 





18.11.2020    çap et  çap et