525.Az

Əlirza Həsrətin yeni kitabı çıxıb


 

Əlirza Həsrətin yeni kitabı çıxıb<b style="color:red"></b>

Şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Əlirza Həsrətin "Duman şehi" adlı yeni kitabı işıq üzü görüb.

525.az xəbər verir ki, kitabda şairin şeirləri və poemaları yer alıb.

Ön sözünü filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı Hüseynovun yazdığı və özünün də redaktoru olduğu kitab "Elm və Təhsil" nəşriyyatında çap olunub.

"Duman şehi" şair Əlirza Həsrətin "Kim sənə oxşayıb, sevmişəm elə" (1998), "Ayrılıq sevginin dar ağacıdır" (2001), "Edam çiçəyi" (2004), "Sükut nəğməsi" (2005), "Bundan belə ayrılıqdır" (2008), "Həsrət rüzgarı" (2010), "Saat səsi" (2015) adlı şeir kitablarından sonra oxucularla səkkizinci görüşüdür.

 





18.11.2020    çap et  çap et