525.Az

Elçinin Almaniyada yeni kitabları nəşr edilib


 

Elçinin Almaniyada yeni kitabları nəşr edilib<b style="color:red"></b>

Alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Onun "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", "Baş" romanı Almaniyada bir neçə dəfə nəşr edilib. Eləcə də Xalq yazıçısının hekayələri və povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında  işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli  ədibin yaradıcılığı haqqında alman oxucularında dolğun təsəvvür yaradıb.

525.az xəbər verir ki, bu günlərdə nüfuzlu "Epubil" və "Pem" nəşriyyatları Elçinin hekayələrindən ibarət daha iki kitabını nəfis şəkildə nəşr edib. "Sarı gəlin" adlı kitaba müəllifin eyni adlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, "Missiya" adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib.

Həm "Epubil", həm də "Pen" nəşriyyatlarının nəşr etdiyi əsərlər Avstriya və İsveçrə kitabxanaları tərəfindən alınır, eləcə də Amazon, Buchkatalog, Thalia, Higendubel, Veltbild kimi Avropanın ən məşhur internet satış firmaları da bu kitabları əldə edir.

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.

 





18.11.2020    çap et  çap et