525.Az

Türkiyə parlamenti demokratikləşmə üzrə tədbirlər paketini qəbul edib


 

Türkiyə parlamenti demokratikləşmə üzrə tədbirlər paketini qəbul edib<b style="color:red"></b> Türkiyə parlamentinin Konstitusiya komissiyası demokratikləşmə üzrə tədbirlər paketini qəbul edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb.

Ötən ilin 30 sentyabrında Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan ölkədə demokratikləşmə üzrə yeni tədbirlər paketi haqqında açıqlama vermişdi.

Yeni demokratik tədbirlər paketinə əsasən, Türkiyənin bütün siyasi partiyaları iki sədrli sistemə keçir, yəni onlara rəhbərlik iki sədr tərəfindən həyata keçiriləcək.

Bundan əlavə, Baş nazirin sözlərinə görə, partiyalar seçkiqabağı təbliğat zamanı təkcə türk dilindən deyil, ölkədə danışılan başqa dillərdən də istifadə edə bilərlər.

Habelə ölkə daxilində millətlərarası münaqişələrin qarşısının alınması üçün milli dözümsüzlük zəminində baş vermiş cinayətlərə görə həbs cəzası üç ilədək artırılacaq.

Demokratikləşmə tədbirləri paketinə əsasən, Silahlı Qüvvələrdən başqa dövlət strukturlarında hicaba qoyulan qadağa ləğv ediləcək.

Qeyd edək ki, demokratikləşmə üzrə tədbirlər paketi ölkə müxalifəti tərəfindən birmənalı qarşılanmayıb. Habelə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) rəhbəri Dövlət Bahçeli bəyan edib ki, orada Türkiyə xalqının hüquqları nəzərə alınmayıb, paket xalqın maraqlarına xələl gətirir, eləcə də dövlətin maraqları ilə ziddiyyət təşkil edir.
 





12.02.2014    çap et  çap et