525.Az

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib


 

Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib<b style="color:red"></b> Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Trend-ə Gürcüstan Prezidentinin Administrasiyasından xəbər verilib.

Səfər çərçivəsində Marqvelaşvilinin ölkə rəhbərliyi ilə görüşləri planlaşdırılıb.

Rəsmi görüşlərdən sonra Gürcüstan Prezidenti nümayəndə heyətinin üzvləri ilə Bakıda Fəxri xiyabana baş çəkərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın xatirəsini yad edəcək.

Gürcüstan lideri Şəhidlər xiyabanında ölkənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə həlak olmuş qəhrəman oğulların xatirəsini yad edəcək, "Əbədi məşəl" memorial abidəsinin önünə əklil qoyacaq.
Gürcüstan Prezidenti fevralın 13-də Azərbaycanın Qax rayonuna səfər edəcək və orada yerli gürcülərlə görüşəcək. Həmçinin Qəbələ şəhərində olacaq.

Səfər zamanı bir sıra sənədlərin imzalanacağı gözlənilir.
 





12.02.2014    çap et  çap et