525.Az

Bakı sakinindən yarım kiloya yaxın narkotik götürülüb


 

Bakı sakinindən yarım kiloya yaxın narkotik götürülüb<b style="color:red"></b> Bakı polisi narkotik istifadəçilərini saxlayıb.

Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 4-cü PB-nin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Namiq Həsənovdan 0,76 qram marixuana aşkar olunaraq götürülüb, ona narkotik vasitəni satan Təbriz Xəlilov da tutulub.

Sabunçu RPİ Narkotiklərlə Mübarizə Bölməsinin keçirdiyi əməliyyət tədbirləri nəticəsində, Bakı şəhər sakini Nazim Mustafayevdən 450,8 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb.
 





12.02.2014    çap et  çap et