525.Az

Günəş Şərqdən doğur


 

Günəş Şərqdən doğur<b style="color:red"></b>

Filologiya elmləri doktoru, professor 

Naxçıvan Azərbaycanın ən qədim ən mötəbər torpağıdır, bu torpağın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Naxçıvanın torpağı, daşı, havası, səması-hamısı mənim üçün əzizdir.
Heydər Əliyev

 

Böyük ərəb tarixçisi Əbu Cəfər Məhəmməd İbn Cərir  ət Təbəriyə görə  sərhədlərinin bir ucu  Dərbənddə, bir ucu Qarayazıda, bir ucu Mosulda, bir ucu Qum  Rey həddində son ucu Kəngər körfəzində tamamlanan bütöv böyük  Azərbaycanın ən qədim türk yurdu Naxçıvanın Respublika kimi  yaranmasının  90 illiyi tamamlanır. Bu münasibətlə Naxçıvanın tarixini  hamıdan gözəl bilən, bu yurdun möhtəşəmliyini, elmi-mənəvi qüdrətini dərindən  duyan ölkə Prezidenti möhtərəm İlham Əliyevin imzaladığı tarixi sərəncamda deyilir:

"Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb eyni zamanda şərəfli bir yol qət etmişdir. Çoxəsrlik dövlətçilik ənənələri olan bu diyar həmişə xalqımızın zəngin mədəni irsini layiqincə yaşatmış, yetirdiyi çox sayda görkəmli elm xadimləri, sənətkarları, tarixi şəxsiyyətləri ilə ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatında əvəzsiz rol oynamışdır.

Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması möhkəmləndirilməsində müstəsna xidmətləri vardır. Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər beynəlxalq tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir".

Naxçıvan sözünün etimologiyası barəsində müxtəlif fərziyyələr, rəvayətlər həqiqətlər var. Bütün bunlar möhtəşəm "Naxçıvan" ensiklopediyasında (AMEA. Bakı, 2002 s. 338) özünə yer alıb. Şübhəsiz ki,  qədim türk yurdu  ulu Naxçıvan   türk sözüdür.  Çünki min illərdir burada  türkün ulu ruhu yaşayır, özəl tarix yaradır, dünyaya meydan oxuyan alim, memar, ədib, sərkərdə, dövlət xadimi türk insanları yetişib formalaşır.  Mütəxəssislərin məxəzlərin verdiyi  məlumatlara  görə  Naxçıvan şəhəri bizim eradan əvvəl 1539-cu ildə  salınmışdır. Bu  barədə ilk  faktlar  tarixiçi İosif Klavçiyə görə (e.ə. I əsr) yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (bizim eranın II əsri) məxsusdur.

Hər bir təəssübkeş naxçıvanlı  kimi bu sözün mənim üçün  Naxçıvanın məşhur  Kəngərlilər nəslinə mənsub bir ziyalı üçün  öz xüsusi mənası  var: Naxçıvan Nuh peyğəmbərin bəşəriyyəti dünya tufanından xilas etdiyi yerdir, Naxçıvan ulu Peyğəmbər Məhəmməd Əleyhüssəlamı İslam dünyası üçün  qorumuş Əsabü-Kəf Məbədidir, Naxçıvan Azərbaycan dövlətçiliyinin - dövlət təfəkkürünün ilk zirvəsi olan Atabəylər xanədanıdır. Naxçıvan Azərbaycan mədəniyyətinə  Əcəmi kimi sənətkarı, nəhayət tariximizə ulu öndər  Heydər Əliyevi bəxş etmiş əzəmətli türk yurdudur. Bu  məqamda o müdrik insanın, dünya şöhrətli siyasətçi dövlət xadiminin  mübarək sözlərini qələmə almaya bilmərəm: "Azərbaycanın qədim zəngin  tarixə, mədəniyyətə   çoxəsrlik dövlətçilik ənənələrinə malik olan  Naxçıvan diyarı  mürəkkəb çətin inkişaf  yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət   sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına  dəyərli töhfələr vermişdir. Naxçıvanın böyük zəngin tarixi vardır. Bu  tarixin dünya  mədəniyyətinə, bəşər mədəniyyətinə böyük töhfələri olmuşdur. Naxçıvan həmişə böyük şəxsiyyətlərlə fərqlənmişdir, Azərbaycanın yüksək ziyalı yetişdirən bir diyarı olmuşdur. Möminə Xatun  türbəsi 800 ildir ki, bütün dünya səyyahlarını heyran edir. Yusif ibn Küseyin Qarabağlar türbəsi, Əlincə qalası bir çox belə abidələr-  bunlar hamısı Naxçıvanın qədim Azərbaycan torpağı olduğunu   azərbaycanlıların burada əsrlərlə, min illərlə yaşayıb-yaratdıqlarını göstərir". Bu müdrik sözlərdə  böyük həqiqət var: dahi sənətkarlar ədəbiyyat mədəniyyətdə Şərq intibahının zirvələri Nizami Gəncəvi Əcəmi Naxçıvani məhz Atabəylər fütuhatının  yetirmələri idi. Azərbaycan intibahının təməlində Atabəylər- Eldənizlər şəhər sənətkarlığının töhfələri  dayanırdı.

Xalq şairi  Nəriman Həsənzadə "Atabəylər" mənzum tarixi dramında  Cahan Pəhləvana  "Xosrov Şirin"i həsr etmiş dahi Nizamini, Cahan  Pəhləvanın  xahişi ilə  "Mömünə  Xatun"u tikmiş Əcəmi  Naxçıvanini bir araya gətirir. Nizami Gəncəvi türbəyə  vurularaq deyir:

 

Xoşdur bu türbənin  hüsnü, camalı,

Susmuş  musiqidir, toxunmuş xalı.

Torpağa səcdədir, qadına hörmət,

İnsanı yaradan ana təbiət

Burda sənətkara qısqana bilər.

Daşlara toxunsan oyana bilər.

Sənət möcüzədir... adicə bir daş

Sonra xatın olur, Eldəniz olur.

İnsan daşa dönür, Daş əziz olur.

 

Həqiqətən Naxçıvan Allahın elə bir möcüzəsidir ki, daşlarına məhəbbətlə toxunsan insan kimi dil açıb danışa bilər. Sanki Xalq şairi Məmməd Araz "Azərbaycan mayası nur, qayəsi nur ki, // Hər daşından Alov dilli ox ola bilər". Misralarını Əcəminin  divara hördüyü  Naxçıvan daşlarını nəzərdə tutub yazıb Əcəmi Nizamiyə "Şeirdə, sənətdə duyduğum ovsun, // İstədim hördüyüm daşlarda  olsun // deyir. Beləliklə, Naxçıvan torpağı da  daşı da ləl olan, hər daşında qüdrətli türk ruhu mürgüləyən elm, mədəniyyət dövlətçilik  diyarıdır.

Bizim eradan əvvəl IX- VI əsrlərdə Naxçıvan Manna Midiya  dövlətlərinin tərkibində olmuşdur. Eramızın əvvəllərində isə  Naxçıvan Qafqaz  Albaniyasının  məşhur şəhərlərindən biri idi. Tarixdə yeni mərhələ  olan İslam  dininin qəbuluna qədər Naxçıvan iki dəfə yadellilər tərəfindən  işğala məruz  qalmışdır: ilk dəfə 364-367-ci illərdə Sasani hökmdarı II Şapur tərəfindən dağıdılmış 18 min ailə əsir aparılmışdır. İkinci dəfə 625-ci ildə Bizans imperatoru İraklii Naxçıvanı  işğal etdi. Nəhayət  654- ildə  ərəb əmiri Həbib ibn  Məsləmə ilə Naxçıvan arasında  müqavilə bağlanmışdır.  IX əsrin sonunda  Naxçıvan Sacilər dövlətinin  tərkibində olmuşdur.

XIX əsrdən etibarən Naxçıvanda  güclü maarifçilik hərəkatı  başlanır.

1894- ildə  Naxçıvanda ilk  rus-tatar, 1896- ildə isə ilk dünyəvi qız məktəbləri açılmışdır. 1896- ildə  Mirzə Fətəli Axundzadənin "Müsyö Jordan Dərviş Məstəli şah cadukuni Məşhur" pyesinin tamaşası ilə Naxçıvanda  milli teatrın əsası qoyulur.

Azərbaycan xalqı millətimizin əsasında böyük tarixi xidmətləri olmuş müxtəlif qövmlər dayanır. Xalqımızın millətimizin, habelə milli dövlətçiliyimizin formalaşmasında  müstəsna tarixi xidmətləri olmuş belə  əsl-nəcabətli soylardan biri mənim ana tərəfdən mənsub olduğum çox qüdrətli Kəngərli nəslidir. Sabit dövlət atributları- öz bayrağı, öz ordusu, öz gerbi olmuş bu nəslin təkcə Naxçıvanın yox, küllən Azərbaycanın tarixində, milli-mənəvi taleyində, hərbi dövlətçilik tarixində böyük rolu olmuşdur. Onlardan  bəzilərini yada salmaq Naxçıvan Azərbaycan tarixinə ehtiram olardı.

Mənbələrin verdiyi məlumata görə Kəngər sözü  Aral Balaş  gölləri arasında  yerləşən  Kəng dövlətinin adıdır.  Eramızın III əsrində  ortaya çıxmış  əhali yerlilərlə hun türklərinin  qarışığından ibarət olmuşdur.  VIII əsrdə onlara peçeneqlər qarışır, IX əsrdə isə ruslarla birləşən  quzlar-oğuzlar Kəngərlilərlə birləşib peçeneqləri Don çayı sahillərinə qovurlar. Ehtimal olunur ki, Kəngərlilər eramızın IV-V əsrlərində  hunlarla birlikdə  Azərbaycana  gəlmişlər. Onların Naxçıvan ümumən Azərbaycan ərazisində məskunlaşmaları  türkləri XI əsrdə üçüncü qəbulundan sonrakı oğuz-səlcuq gəlişi ilə bağlı idi. Kəngərlilər  Azərbaycan xalqının  etnogenezində  iştirak etmiş, Şah İsmayıl Xətai  Azərbaycanda üçüncü (Atabəylər Şirvanşahlardan sonra  - G.Ə.K.) böyük dövləti Səfəvilər  imperiyasını  yaradarkən  ustacılı tayfasının  tərkibində dövlətçilik  tariximizdə həlledici  rol oynamışlar. XVIII əsrdə  Kəngərlilər Azərbaycanın  ən qüdrətli xanlarından  olmuşlar.

1928-ci il  məşum Türkmənçay işğal aktından  sonra  Naxçıvan xanlığı  Rusiyanın  himayəsinə  keçsə bu qərara tabe  olmayan qüdrətli qeyrətli Kəngərlilər  1840- ilə qədər  "Naib" titulu ilə  öz vəzifələrində  qalmışlar. Kəngərlilərin bir qismi Qarabağ Ağdam Tərtər ərazisinə köçmüşlər.  Kəngərli soyundan çıxmış alim, rəssam, general, ictimai-siyasi dövlət xadimləri çoxdur. Onlardan bəzilərini böyük qürur hissi ilə  qeyd etməyi  özümə borc bilirəm. Azərbaycan  rəssamlığında realist dəzgah boyalarının banisi, məşhur rəssam Bəhruz Kəngərli (1892-1922), sonuncu  Kəngərli xanı- Kəngərli Ehsan xan, Kəngərli Maqsud Sultan Ustacoğlu (XVI əsrin sonu  XVII əsrin əvvəlləri) Naxçıvanın  hakimi Məhəmmədqulu bəy Kəngərli (1864-1905) maarif xadimi hüquqşünas, Kəngərli Nəsrulla Yaqub oğlu (1913-1991) memar Kəngərli Cümşüd Paşa Sultanov (1845-1902) hüquqşünas, general-leytenant, Kəngərli Ulduz Səttar oğlu-radio-elektronika üzrə elmlər doktoru, Kəngərli Zeynalabdin (1839-1904) şair nəqqaş, Kəngərli Əsgər Aslanbəyoğlu (1911-1998)- Əməkdar həkim, nevropatoloq Abbasqulu xan (XVIII əsr), Naxçıvan xanı (1763) Hacı xan Kəngərli, Lütfəli Sultan Kəngərli (XIX əsrin əvvəli) Kəlbəli xan Kəngərlinin oğlu.

Naxçvan Rusiya tərəfindən işğal olunduqdan sonra bəzi kəngərlilər məcburən  Baba adlarını soyad kimi  qəbul etmişlər.

Əslində Qazaxda məskunlaşmış böyük şair Səməd Vurğunun mənsub olduğu  Vəkilovlar da  Kəngərli nəslindəndir. İndi Kəngərlilər Azərbaycanın dünyanın hər yerinə səpələnib.

Naxçıvan təkcə tarixi abidələr, dini ziyarətgahlar, böyük mədəniyyət, nadir təbiət diyarı yox, həm nadir şəxsiyyətlər  diyarıdır. Bu qədim türk yurdu, bu ulu  məkan Azərbaycanın  elm mədəniyyətinə, hərb tarixinə  Kəlbəla xan Naxçıvanski (? - 1883), general  İsmayıl xan  Naxçıvanski (1819-1918), general Hüseyn xan Naxçıvanskinin (1863-1919), general Cəmşid Naxçıvanski (1895-1938), Cəlil Məmmədquluzadə, Eynəli bəy Sultanov, Məhəmmədtağı Sidqi, Hüseyn Cavid, şair Əliqulu Qəmküsar (1880-1919), Məhəmmədağa Şahtaxtlı (1846-1931), Xalq artisti Kazım Ziya (1896-1956), Yusif Məmmədəliyev, Əziz Şərif, Abbas Zamanov, kimyaçı Cümşüd Zülfüqarlı, Əbdürrəhman Düdənginski (1908-1954), general Akim Abbasov,  akademik Həsən Abdullayev, Əbülfəz Əliyev (1938-2000), diplomat İbrahim Əbilov (1882-1923), Sovet İttifaqı Qəhrəmanı Qəzənfər Əkbərov (1917-1944), Aqil Əliyev, akademik Cəlal Əliyev, akademik Cəmil Əliyev, milli qəhrəman  Əmiraslan Əliyev, dövlət xadimi Əziz Əliyev (1897-1962), akademik Zərifə Əliyeva (1923-1985), Xalq artisti İbrahim Həmzəyev (1908-1982), akademik Məmməd Cəfər, akademik Mahmud Kərimov, Xalq yazıçısı İmran Qasımov (1918-1981), Məhəmmədhüseyn Təhmasib, Xalq artisti Rza Təhmasib, akademik Əhməd Mahmudov (1928-1989), akademik Fərəməz Maqsudov (1930-2000), dövlət xadimi akademik Ramiz Mehdiyev, dövlət xadimi Artur Rasizadə, Vasif Talıbov, akademiklər Vasim Məmmədəliyev, Asəf Nadirov, İsa Həbibbəyli, akademik Əli Abbasov, Xalq artistləri, bəstəkar  Ramiz Mirişli professor Azər Zeynalov, general Kəmaləddin Heydərov, general Namiq Abbasov, dövlət xadimi, general Oruc Zalov, bu iftixara layiq pleyadanın başında Naxçıvanı böyük siyasət, elm mədəniyyət mərkəzinə çevirmiş, onu dünyada şöhrətləndirmiş dünya şöhrətli, ictimai-siyasi dövlət xadimi, müstəqil Azərbaycanın memarı  ulu  öndər Heydər Əliyev dayanır. Bu gün onun qoyub getdiyi  ənənələri, milli dövlətçilik ideallarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şərəf ləyaqətlə  davam etdirir. İlham Əliyev qədim türk  yurdu, özünün ana yurdu Naxçıvana həm böyük rəhbər, həm əsl övlad məhəbbəti ilə misilsiz qayğı  göstərir.

Tariximizin ikinci üçüncü  minilliklərinin qovuşub ayrıldığı  XX əsrin  sonu XXI əsrin əvvəllərində  15 iyun 1993- ildə sonra- Müstəqillik  dövründə Naxçıvan  öz milliliyini, mənəvi  hüsnünü səylə qorumaqla  yanaşı həm   ən müasir dünya  şəhərinə, ən  modern Muxtar Respublikaya  çevrilmişdir. O, İran Türkiyə ilə beynəlxalq münasibətlərimizi, genbirliyi, dinbirliyi qanbirliyi əlaqələrimizi  qoruyan, inkişaf etdirib artıran  strateji  təkandır.

Müasir dövrdə Azərbaycan Dövlət müstəqilliyini bərpa etdikdən sonra, 1995-ci il noyabrın 12- qəbul edilmiş yeni Konstitusiyada Azərbaycan dövlət sistemində özünəməxsus yer tutan Naxçıvan Muxtar Respublikasının statusu  müasir, yeni şəraitə uyğun olaraq dəqiq şəkildə müəyyən edilmişdir. Yeni Konstitusiyada "Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayırlmaz hissəsi" hesab edilmişdir.

Azərbaycan Respublikasının Konstitusiyası əsasında hazırlanan 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən Naxçıvan Muxtar Respublikasının yeni kostitusiyanın birinci maddəsində deyilir: "Naxçıvan muxtar dövləti Azərbaycan Respublikasının tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır... Naxçıvan Muxtar Respublikasının ərazisi Azərbaycan Respublikasının dövlət sərhədləri hüdudunda vahiddir, toxunulmazdır bölünməzdir".

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına tarixi səfərləri Naxçıvan Muxtar Respublikasının yaradılmasının 80-85 illik yubileylərində dərin məzmunlu çıxışlar, muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri böyük öndər Heydər Əliyevin siyasi kursunun uğurla həyata keçirilməsini bir daha göstərir. Düşünülmüş, nizamlı, uzaqgörən siyasətin nəticəsində bu gün Naxçıvan öz çiçəklənmə dövrünü yaşayır Naxçıvan Muxtar Respublikasının 90 illiyini  qeyd edir. Ölkə Prezidenti İlham Əliyev dediyi kimi, "Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən qarşılanır, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması intellektual potensialının gücləndirilməsinə dəyər töhfələr verir".

Naxçıvanın istər memarlığında, istərsə etnoqrafiyası, adət ənənələrində  mənəvi-əxlaqi həyatında türkçülük, islamçılıq azərbaycançılıq  nəsildən-nəsilə ötürülərək səylə qorunub saxlanılır. Bu diyarda  güclü Şərq ruhu, xalq fəlsəfəsini əks etdirən daşlaşmış ehkamlar  mövcuddur. Heç bir  kənardan gəlmə yenilik  onları  poza, dağıda bilməz.

Naxçıvanlılarda milli xarakterik mənbələri çox dərindir. Modern avropaçılığı hələ  XIX əsrin  sonları  - XX əsrin önlərində cəsarətlə qəbul etmiş Naxçvan tarixi-ictimai mühiti hər zaman milli yaddaşa, mənəvi-əxlaqi dəyərlərə sadiq qalmış bunu ədəbiyyatda, teatr sənətində, musiqi rəssamlıqda əks etdirmişdir. Buna yəqinlik hasil etmək üçün  Bəhruz Kəngərlinin  rəsmlərinə baxmaq, Mirzə Cəlilin hekayə dramlarını  oxumaq, akademik Məmməd Cəfərin ədəbi-tənqidi irsi ilə tanış olmaq kifayətdir. Böyük türkçü Ziya Göyalpın sözləri ilə desək Naxçıvan tarixi "əxlaqi dəyərlər sərgisi"ndən ibarətdir. Tarixdə elmi kimliyini əks etdirən bayram mərasimləri, toy yas məclisləri  ciddi mənəvi-əxlaqi prinsiplərə  söykənir. Naxçıvan "Yallı" elmi  milli-mənəvi  birliyini əks etdirən fəlsəfi rəqsdir.

Qədim türk yurdu ulu Naxçıvan da bu gün bütün dünyanı  qapamış,  qloballaşma-kürəsəllik şəraitində yaşayır. O, qloballaşmanın dünyəvi bəhrələrindən yararlanmaqla  bərabər, öz milli-tarixi  simasını da qoruyur,  əsası  Midiyadan, Mannadan başlanan Atabəylər, Şirvanşahlar Səfəvilərlə zirvələşən, bu gün,  iqtisadi-siyasi yüksəlişi ilə  bütün sivil dünyanı  heyrətdə qoyan Azərbaycan dövlətçilik ənənələrini  şərəf ləyaqətlə  qoruyur.

 





12.02.2014    çap et  çap et