525.Az

Bakıda qaçırılmış 9 avtomobil və 8 cinayətkar saxlanılıb


 

Bakıda qaçırılmış 9 avtomobil və 8 cinayətkar saxlanılıb<b style="color:red"></b> Bakı yol polisi bu il qaçırılmış və oğurlanmış 9 avtomobili və axtarışda olan 8 cinayətkarı saxlayıb.

Bu barədə Trend-ə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov məlumat verib.

Əsədov bildirib ki, bu ilin 9 ayında idarə əməkdaşlarının həyata keçirdiyi tədbirlər zamanı yol nəqliyyat hadisəsi yerindən qaçmış 5 sürücü saxlanılaraq istintaqa təhvil verilib.

Tədbirlər zamanı yol polisi əməkdaşları avtomobillərdən 5 qram marixuana, 0,337 qram heroin, 1 soyuq silah aşkar edib.
 





17.10.2012    çap et  çap et