525.Az

Ah, AQİL ABBAS, ah!


 

Ah, AQİL ABBAS, ah!<b style="color:red"></b>

Sən ki Türkiyəni bu qədər sevirsən , sən ki Türkiyəni bu qədər yaxından təqib edirsən... Türkiyədə qurdların necə çaqqallaşdığını yenimi öyrənirsən?

Türkiyə deyilən bu ölkədə Türkün hələ qərib, Türkün hələ susqun, Türkün hələ yaslı-yaralı olduğunu yenimi eşidirsən?

150 ildir bu ölkənin boğazına dişlərini keçirmiş Avropa heyranlığını, cəhalətini, yarımçıq aydınını sənə necə izah edim mən?

Türkiyənin o zəfərləriylə öyündüyümüz müharibələri var ya ... Çanaqqala, Trablusqarp... O döyüşlərin təməlində yüz minlərlə gənc tələbənin qanı var. 1915-ci ilin may ayında orta məktəblərdə yoxlama aparıldığında bütün lisey siniflərinin boş olduğu təsbit edilmişdi.Yəni ölənlər 16-17 yaşındakı uşaqlar idi.

Atatürk Respublikanı qurduğunda oxuma-yazma bilənləri məktəblərə müəllim olaraq göndərirdilər. Çünki müharibələr bu ölkənin oxuyan insanını yox etmişdi...

Bu cəhalətin sonunda da yeni bir ölkə qurma həyəcanı, yoxsulluq ancaq sənin görə bildiyin bu yarımçıq ziyalıları yetişdirə bildi. Bu yarı ziyalılar da çaqqallaşınca niyə əhvalın pozulur ki?

Anadolu insanı istiqanlı, saf, təmiz, duyğulu imanlıdır. Bir əsgər görsünlər, duyğulanıb ağlarlar.Vətən mövzusu keçsin, beş oğlunu da versə: "Vətən sağolsun!" deyərlər.

Amma qəzet guşələrinə sahiblənənlər, televiziyalarda hər gün minlərlə yalanı səpələyənlər, yəni bu yarıoxumuşlar bu ölkənin baş bəlasıdırlar.

Bu yarımziyalılar bir neçə növdür. Kimisi ruhunu tamamilə şeytana satıb öz xalqından nifrət edər, hər zaman: "Bizdən adam olmaz", deyər, amma bu xalqın da çörəyini yeməkdən utanmazlar.

Bu yarımziyalılardan kimisi solçudur, amma sənin, mənim bildiyim solçulardan deyildirlər. Türk dediyində bunu irqçilik anlarlar xəyallarındakı xalqdan qopuq utopik sosializmdə yaşamağı seçərlər.

Bu yarımziyalılardan bir qrupu türkçüdür. Türk nədir, harada yaşayar, hansı ləhcəni danışar, yemək mədəniyyətləri, fərqli ənənələri nələrdir, əsla araşdırmazlar. Sadəcə "Türk, Turan" kimi şüarlarla coşar ölkələrimizin puluyla ildə bir neçə dəfə Antalya kimi tətil yerlərində toplanar, nitqlik edər, sonra da keyflərinə baxarlar. Bu səbəblə ikimiz bilirik ki, 22 ildir ki, türk dünyası deyilən bu respublikalarda Avropa Birliyi kimi ortaq bir mədəniyyət xəyalı mövzusunda bir addım belə atılmayıb.

Bu yarımziyalılardan bir qrupu islamçıdır. Bunların çoxu yalnız osmanlıca bilir deyə tarixi Qədr Mısroğlu, Mustafa Müftüoğlu kimi jurnalistlərdən öyrəniblər tamamilə xəyal məhsulu mövzuları tarix sanarlar. Halil İnalcığı, Kamal Karpatı, İlbər Ortaylını oxuyarlar. İranın xaricində İslam dünyasının hamısını sünni bilirlər Türkiyə dar günündə çağıracaq olsa, qaça-qaça arxamızca düşəcəklərini sanırlar. Misir, Suriya kimi ölkələrdə türk düşmənliyinin Avropadan daha çox olduğunu belə bilməzlər. İslam dünyasının min təriqət, məzhəb, qəbilə, camaat arasında bölündüyünə, hamısının bir-birini kafir elan etdiyindən xəbərləri yoxdur. Əfqanıstan döyüşü çıxdığında belə orada onlarla qəbilə, irq, məzhəb olduğunu bilmirdilər sanırdılar ki, mücahidlər cihadı reallaşacaq, dərhal bir islam dövləti qurulacaq.

Əsla araşdırma etməzlər. Statistika, bölgə işləri , doktorluq tezisləri onlar üçün bilinməyən şeylərdir. Çünki boş xəyallar onlara daha çox xoş gəlir. Məsələn, Almaniyanın Türkiyəyə göndərdiyi tələbələrin hansı bölgədə necə azan oxunur deyə, Türkiyədə hansı xalqların yaşadıqlarını araşdırmaqları üçün addım-addım gəzməsi, hətta ləhcələr üzərinə bir çox doktorluq dissertasiyası yazılması onların marağını çəkməz.

Bu yarımziyalılardan bir qismi guya Atatürkçüdürlər. Amma Atatürkü bir büt kimi düşünməkdən başqa etdikləri bir şey yoxdur.Tək arzuları 1930-cu illərdəki kimi yaşamağımızı, hamımızın qalstuklu, hər zaman mərasimlər təşkil edib marşlar oxumağımızı istəyərlər... Amma Atatürkün əsas məqsədi idi, o mövzuda əsla baş yormazlar.

Ah, Aqil Abbas, ah!

Sən sanırsan ki, oxumuş, ətrafını görən Türkiyənin filmlərinin ssenarilərini məlumatlı alimlər, yazıçılar yazacaqlar Azərbaycanı da orda obyektiv göstərəcəklər. Haradadir o ziyalılar, əziz dostum?

O ziyalılar Osmanlını parçalayan imperialist ölkələr tərəfindən illərcə sürən döyüşlərdə yox edildilər.O ziyalıların nəsli kəsildi. Onların nəsillərindən bir az qalmışsa da onlara əsla qəzet, televiziya, film ssenarisi verilir. Onların danışmalarına əsla icazə verməzlər.

Bu səbəbdən İstanbulda minlərlə adam "hamımız erməniyik" deyə yürüşə çıxarlar.

Bu səbəbdən Türkiyə gedib durduğu yerdə başını ağrıdar Suriyaya, Misirə burnunu soxar.

Bu səbəbdən Uzun Həsənin paytaxtı olan yüzlərlə il türkmənlərin yurdu olmuş Diyarı Bəkir Kürdüstanın paytaxtı elan edərlər!

Bu səbəbdən türkün ən əhəmiyyətli 12 tayfasından biri olan avşar tayfasına mənsub bir sənətçi mən kürdəm deyər.

Bu səbəbdən bu ölkənin geri zəkalı ziyalısı burnunun ucunu görməz yanındakı ölkədə 35 milyonluq türkün varlığından xəbəri belə olmaz!

Bu səbəbdən guya türkün tarixini yazan Səfəvi deyilincə onu fars olaraq anlar.

Bu səbəbdən bu ölkədə şərq türklərinin Yunus Əmrəsini, Şah İsmayılı  kimsə bilməz !

Bu səbəbdən qurdların olduğu bir filmdə belə qurdlar çaqqallar kimi quyruq bulayarlar!

Bu səbəbdən deyirəm əziz, Aqil Abbas, ah!

Bu səbəbdən...

 





12.02.2014    çap et  çap et