525.Az

"Erməni etnokriminalları kilsəni maliyyələşdirir"


 

"Erməni etnokriminalları kilsəni maliyyələşdirir"<b style="color:red"></b>

"Erməni Apostol Kilsəsinin başçısı, bütün dünya ermənilərinin Katolikosu II Qaregin Dağlıq Qarabağda müharibə vaxtı eləcə ondan sonrakı dövrdə heç vaxt erməni hərbçilərini sülhə çağırmayıb. O, hərbi məsələlərdə daim aktiv iştirak edib, əksər hallarda açıq şəkildə erməni ordusunun işğalçılığına haqq qazandırıb, mükafatlandırıb".

Bu sözlər Siyasi İnnovasiya Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğluna məxsusdur.

Politoloqun sözlərinə görə Erməni Apostol Kilsəsinin Dağlıq Qarabağ yeparxiyasının başçısı Pargev Martirosyan da eynilə II Qareginin mövqeyinin daşıyıcısı olub. O bildirib ki, P.Martirosyan açıq şəkildə döyüşlərdə iştirak edib, Xocalıda azərbaycanlıların soyqırımına xristian dini adından göstəriş verən iki din xadimindən biridir: "Martirosyanı II Qareginə bağlayan ikinci xüsusiyyət onun II Qaregin kimi pula, var-dövlətə qarşı xüsusi məhəbbətidir. Oğruluq onları birləşdirən üçüncü xüsusiyyətdir. Martirosyan 3 ikona oğurlayıb bu oğurluğu II Qareginin icazəsi ilə edib. II Qaregin isə Erməni Apostol Kilsəsinin mülklərini mənimsəyir. II Qareginin Martirosyanla üst-üstə düşən daha bir xüsusiyyəti xristianlıq adından dəllalıq etmələri yalan danışmalarıdır. Dağlıq Qarabağın bugünkü Ermənistan ərazisinin qriqorian xristianlığına qətiyyən aidiyyəti yoxdur. Lakin Martirosyan Dağlıq Qarabağı erməni xristianlığının beşiyi adlandırır. Təbii ki, bu II Qareginin xeyir-duası ilə baş verir. Eləcə Ermənistan özünü xristianlığı ilk qəbul edən dövlət kimi təqdim edir. Bu da II Qareginin iştirakı ilə hazırlanmış təbliğat yalanıdır. Lakin II Qareginin Martirosyandan fərqli olaraq əlavə bir keyfiyyəti var. Bu da erməni etnokriminallığının yaranmasına, inkişafına dünyaya ixracına özünəməxsus şəkildə təkan verməsidir".

Politoloq qeyd edib ki, Fransada erməni yeparxiyasının başçısının dəyişdirilməsi ilə bağlı II Qareginin tutduğu mövqe çox şeyi açıqladı. O bildirib ki, Fransada erməni yeparxiyasının keçmiş başçısı Norvan Zakaryan dini ailədə doğulub böyümüş, uşaqlıqdan dini təhsil almış ermənidir: "II Qaregin onu yeparxiyanın başçılığından zorakı yolla uzaqlaşdırdı, onun yerinə cinayət törətmiş keçmiş biznesmen Ayrapetyanı təyin etdi. Ayrapetyanın atasının da adı cinayət işində hallanır. Yerli ermənilərin fikrincə, ata - oğul Ayrapetyanların hər ikisi Fransa qanunlarına görə elektron brasletlə gəzməli olan şəxslərdir. II Qaregin Ermənistandan Fransanın erməni icmasından Zakaryanla bağlı çoxsaylı xahişləri rədd etdi".

Bu gün erməni etnokriminallığının dünyada hədsiz geniş yayıldığını deyən M.Əhmədoğlu belə deyib: "Erməni etnokriminallığı Erməni Apostol Kilsəsi ilə sıx əlaqəlidir. Erməni etnokriminalları kilsəni maliyyələşdirir. Kilsə isə onların cəzadan yayınmasına yardım edir. Son vaxtlar II Qaregin Dağlıq Qarabağla əlaqəli mövqeyini xeyli aktivləşdirib. Dağlıq Qarabağda yaralanmış döyüşçülərə baş çəkməyini müəyyən qədər anlayışla qarşılamaq olar. Onun əsir düşmüş erməni İnciqulyanla bağlı Azərbaycanın dini lideri Şeyxülislam Allahşükür Paşazadəyə müraciətini başa düşmək olar. Lakin onun eynilə Ermənistan müdafiə naziri Seyran Ohanyan kimi Azərbaycanı hədələməsini heç cür başa düşmək mümkün deyil: Başa düşmək üçün yalnız erməni olmalısan".

Politoloq hesab edir ki, erməni kilsəsini oğurluq, rüşvət, korrupsiya oylağına çevirməkdə müvəffəqiyyət qazanmış, erməni kriminallığını dünya miqyasında struktura çevirmiş II Qareginin Azərbaycanı hədələməklə Dağlıq Qarabağda müharibəni təbliğ etməsi müharibə ehtimalını xeyli artırır. O, fikrini belə izah edib: "Çünki II Qaregin "xristian makler"liyinin Qərbdə inamla qarşılanmasına nail olub. Moskvada erməni kriminal avtoritetlərinin hesabına kilsə tikdirib bir daha ermənilərin dininin Rus Pravoslavlığından fərqli olduğunu göstərməklə Qərbə yaxınlığını nümayiş etdirdi. II Qareginin hansısa xeyir işdə sürətlə uğur qazanması faktı bizə bəlli deyil. Ən azı belə hərəkəti olsaydı erməni xristianlığı arasında mənəviyyatsızlıq indiki sürətlə yayılmazdı. Amma pis işlərdə II Qareginin sürətli uğur qazanması bəllidir. Ona görə müharibəyə qədər olan məsafəni illərlə yox, aylarla, bəlkə həftələrlə ölçmək lazımdır".

AQİL

 





12.02.2014    çap et  çap et