525.Az

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması mühüm və uğurlu addım kimi


 

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması mühüm və uğurlu addım kimi<b style="color:red"></b>

Emin HƏSƏNLİ

"
Silahlı Qüvvələrə İctimai Nəzarət" İctimai Birliyinin sədri 

Respublikamızda aparılan uğurlu hərbi islahatların bir mərhələsi Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılması oldu. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 13 fevral 2012-ci il tarixində imzaladığı fərmanla "Hərbi vəzifə hərbi xidmət haqqında" qanunun tətbiqinə başlanıldı. Prezidentin imzaladığı fərmana əsasən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində olan Azərbaycan Respublikasının Hərbi Komissarlığı, Naxçıvan Muxtar Respublikasının Hərbi Komissarlığı, rayon, şəhər, hərbi komissarlıqları ləğv edilərək onların əsasında Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Qanuna əsasən, Azərbaycan Respublikasının Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikası vətəndaşlarının hərbi-vətənpərvərlik tərbiyəsi, müddətli həqiqi hərbi xidmətə çağırışaqədərki hazırlığı, həqiqi hərbi xidmətə çağırışı, ehtiyatda xidmət keçməsi, səfərbərlik hazırlığı səfərbərlik üzrə çağırışı, xüsusi hərbi ixtisaslar üzrə hazırlığı, ali təhsil müəssisələri tələbələrinin zabitlər hazırlanan xüsusi proqram üzrə hərbi hazırlığını həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmçinin bu qurum  Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sülh dövründə çağırışçılarla, səfərbərlik zamanı müharibə dövründə Silahlı Qüvvələrin digər silahlı birləşmələrin, habelə xüsusi birləşmələrin hərbi vəzifəlilərlə hərbi-nəqliyyat vasitələri ilə, eləcə mülki heyət vəzifələrində işləmək üçün vətəndaşlarla komplektləşdirilməsi sahələrində dövlət siyasətini tənzimlənməsini həyata keçirir. Yeni orqan hərbi xidmətə çağırış sahəsində şəffaflığın artırılmasına, vətəndaşlara daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə yaradılmışdı. Fəaliyyətə başladığı qısa müddətdə Səfərbərlik Hərbi Çağırış üzrə Dövlət Xidmət bir sıra yeniliklər həyata keçirdi. Həyata keçirilən islahatlar hərbi xidmətə çağırış sahəsində mövcud problemləri aradan qaldırmaq məqsədi daşıyırdı yeni orqan bu işin öhdəsindən uğurla gəlir. Ölkə rəhbərliyi dövlət xidmətlərinin şəffaflığının artırılması məqsədilə yaradılan bu orqanı diqqətdə saxlayır təsadüfi deyildir ki, 2013- ilin 30 avqust tarixli sərəncamı ilə Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti əməkdaşlarının maaşları qaldırıldı.

Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin funksiyalarından biri Silahlı Qüvvələr üçün ixtisaslı kadrların hazırlanmasıdır. Məlumdur ki, hərbi xidmətə qədər çağırışçıların böyük bir hissəsi hərbi xidmət xidmət müddətində nələrlə üzləşəcəkləri barədə məlumatlı olmurlar. Orduda bir sıra sahələr üzrə ixtisaslı kadrlara ehtiyac var,  bu ehtiyacı qarşılamaq üçün hərbi çağırışçıların hərbi xidmətə başlayana qədər qazandıqları bilik təcrübədən istifadə olunur. Bu sahədə olan mövcud problemləri aradan qaldırmaq üçün Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşəbbüsü ilə bir sıra ixtisaslar üzrə hazırlıqların həyata keçirilməsinə başlanılıb. İlkin olaraq Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin "Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlığı Mərkəzi"ndə sürücü aşpaz kursları təşkil edildi. Bu kurslar hər cür avadanlıqla təchiz edildi məqsəd Ordumuzun bu kadrlara olan ehtiyacını ödəmək idi. "Hərbi Vətənpərvərlik Mütəxəssis Hazırlığı Mərkəzi" ordumuzun zirehli texnika sürücüləri, snayper, mühəndis-istehkamçı, rabitəçi, paraşütçü-desantçı kimi ixtisaslara olan ehtiyacını da ödəməyə hazırlaşır. Silahlı Qüvvələr üçün ixtisaslı çağırışçıların hazırlanmasının bir çox müsbət tərəfləri vardır. Bu hazırlıq kurslarını bitirənlər artıq fiziki psixoloji cəhətdən hərbi xidmətə hazır olurlar, hərbi xidmətə demək olar ki hazır gedirlər. Eyni zamanda ordu sıralarına qoşulan ixtisas kurslarını keçmiş çağırışçılar öz işlərinin öhdəsindən daha yaxşı gəlirlər. Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ciddi nailiyyətlərindən biri vətəndaşlara elektron xidmət göstərilməsidir. Xidmətin ilk yeniliklərindən biri hərbi xidmətə çağrılanlara hansı hərbi hissəyə göndəriləcəkləri barədə qısa mesajla (SMS) məlumat göndərilməsi idi. Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli qərarı ilə mərkəzi icra hakimiyyəti orqanları tərəfindən göstərilən elektron xidmətlərin siyahısında bu xidmət göstərilmişdir. Bu qərara əsasən hərbi xidmət çağırışçılarına hərbi xidmətlərini keçəcəkləri hərbi hissə barədə məlumatlar internet ya SMS- göndərilir.

Bu istiqamətdə işlər davam etdirildi az bir müddət ərzində elektron xidmətlərin sayı artırıldı. Bu ilin yanvarında əlavə 4 elektron xidmət istifadəyə verildi.

Yeni xidmətlərin istifadəyə verilməsi nəticəsində Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin internet saytı üzərindən hərbi xidmətkeçmə haqqında arayışın verilməsi üçün müraciətin sənədlərin qəbulu, Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə həqiqi hərbi xidmətə (işə) qəbulla əlaqədar müraciətin sənədlərin qəbulu, arxiv arayışlarının verilməsi üçün müraciətin sənədlərin qəbulu, itirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin sənədlərin qəbulu elektron qaydada aparılması mümkün oldu.

Hərbi komissarlıqları əvəz edən yeni qurumun üstün cəhətlərindən biri mətbuatla münasibətlərin daha çevik formada nizamlanmasıdır. Qurum rəhbərliyi fəaliyyətin mətbuatda işıqlandırılmasına məlumatların ictimaiyyətə çatdırılmasında həmişə maraqlı olub. Buna nümunə olaraq ötən ilin dekabrında Sumqayıt şəhərində Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə "Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda konfransın keçirilməsini göstərmək olar. Konfrans zamanı Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov bildirdi ki, rəhbərlik etdiyi təşkilat mediaya açıq qurumdur media ilə işlərin lazımi səviyyədə qurulmasına çalışılır.

Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından qısa müddət keçməsinə baxmayaraq, bu qurum qarşıya qoyulmuş vəzifələri yerinə yetirən, qabaqcıl, müasir texnologiya vasitələrdən istifadə etməklə çağırış prosesinin təşkilindən başlayaraq ixtisaslı kadr hazırlığına qədər bir neçə istiqamətdə uğurlu fəaliyyət göstərən orqana çevrilib.

 

 





12.02.2014    çap et  çap et