525.Az

Hava yağmursuz olacaq


 

Hava yağmursuz olacaq<b style="color:red"></b>

Bakıda və Abşeron yarımadasında fevralın 13-də hava şəraitinin dəyişkən buludlu, gecə və səhər yarımadanın bəzi yerlərində duman olacağı gözlənilir. Mülayim cənub  küləyi əsəcək.

Bu barədə Lent.az-a  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. Havanın temperaturu gecə 2-4, gündüz 5-10 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraiti əsasən yağmursuz keçəcək, cənub bölgəsində az yağış yağacaq. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5 isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 1-3 dərəcə isti, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir.

 





12.02.2014    çap et  çap et