525.Az

Gəncənin mərkəzindəki həyət evləri söküləcək


 

Gəncənin mərkəzindəki həyət evləri söküləcək<b style="color:red"></b>

Gəncənin Baş Planına əsasən, şəhərin mərkəzindəki bəzi yaşayış evləri söküləcək.

APA-nın qərb bürosunun məlumatına görə, bu barədə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev bildirib.
 
E. Vəliyev deyib ki, “Gəncə Bazar” ASC-nin ətrafında olan həyət evləri söküləcək, onların yerində çoxmərtəbəli binalar inşa ediləcək.
 
“Gəncənin Baş Planı var. Şəhərin mərkəzindəki bazar şəhərin başqa yerinə köçürüləcək. Artıq yeni bazarda tikinti işləri sürətlənib. Köhnə bazarın ətrafındakı həyət evləri isə ləğv ediləcək. Sözsüz ki, orada yaşayan sakinlərə başqa yerlərdə ev verilmək şərti ilə...” -deyə E. Vəliyev bildirib.

 





12.02.2014    çap et  çap et