525.Az

“Yuxarıda 11 nəfər şəhid oldu, onları biz gətirdik aşağı” - Videoreportaj


 

“Yuxarıda 11 nəfər şəhid oldu, onları biz gətirdik aşağı” - <b style="color:red">Videoreportaj</b>

Vətən Müharibəsi bizə bir çox şeyi yenidən xatırlatdı və geri qaytardı. Bunlara insanların bir-birinə qarşı artan isti münasibəti, doğmalıq hissi, yumruq kimi birləşməyi, haqq mübarizəmizin qələbəyə gedən yolunda bütün cəbhələrdə dayanmadan mübarizə aparmağı və bunun kimi saya biləcəyimiz daha da çox yaşanmışları misal göstərə bilərik. Təbii ki, bizi bu müqəddəs davamızda qalib edən ordumuzun hər bir fərdi də artıq bütün Azərbaycanın doğmasına, əzizinə çevrilib. Vətən oğullarının şücaətini hələ çox eşidib, qürurla dinləyəcəyik.

Bu igidlərimizdən biri də, Xocavənd uğrunda gedən döyüşlərdə yaralanmış əsgər Cavid Məmmədzadədir.

525.az-ın müsahibi olan qazi bildirib ki, o, xidməti zamanı ayağından güllə yarası alıb:

“Ayağımdan yaralandım, özüm sürünə-sürünə getdim aşağı. Orada digər əsgərləri köməyə çağırdım. Yerimi rahatlayıb hospitala gələnə qədər evdəkilərə heç nə demədim”.



Yaralanmasına baxmayaraq, Cavid Məmmədzadə xidmət günlərindən ruh yüksəkliyi ilə söz açır. O, bildirir ki, vətənin müdafiəsi üçün mütləq hamımız getməliyik.

Qazimiz haqqında videoreportajı təqdim edirik: 

Aytac Aslan

 





22.11.2020    çap et  çap et