525.Az

ÜST-nin xüsusi elçisi Avropada üçüncü koronavirus dalğasını istisna etmir


 

ÜST-nin xüsusi elçisi Avropada üçüncü koronavirus dalğasını istisna etmir<b style="color:red"></b>

Avropada koronavirusun ikinci dalğasının səbəbi yay aylarında buna lazımi hazırlığın olmaması idi və lazımi infrastruktur vaxtında yaradılmasa, üçüncü dalğa 2021-ci ilin əvvəllərində gələcək.

525.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, bu barədə Dünya Səhiyyə Təşkilatının (ÜST) xüsusi elçisi David Nabarro İsveçrənin CH Media nəşriyyat qrupuna verdiyi müsahibədə bildirib.

D.Nabarro qeyd edib ki, Avropada buna reaksiya natamam olub. O əlavə edib ki, Avropa ölkələri "birinci dalğanı nəzarətə aldıqdan sonra yaz aylarında lazımlı infrastruktur yaratmaq fürsətini əldən qaçırıblar":

"İndi isə onlarda ikinci dalğadır. Lazımi infrastrukturu indi yaradılmasa, gələn ilin əvvəlində üçüncü dalğa başlayacaq".

 





22.11.2020    çap et  çap et