525.Az

Yeni planet kəşf olundu


 

Yeni planet kəşf olundu<b style="color:red"></b>

Amerikanın bir qrup həvəskar müşahidəçiləri astronomiya tarixində görünməmiş qeyri-adi kəşfə imza atıblar.

525.az-ın Türkiyə mətbuatına istinadən verdiyi  məlumata görə, Yale Universitetinin könüllü səma müşahidəçiləri qrupu "Planet Hunters” dünyadan 5 min işıq ili uzaqlığında yerləşən 4 günəş sisteminə malik olan gəzəyən planeti kəşf ediblər. Planet iki ulduzun ətrafında fırlanarkən daha iki ulduz da bu planetin ətrafında fırlanır.

Mütəxəssis Meg Schvamb ətrafında ulduzların fırlandığı 4 günəşli planetə ilk dəfə rast gəldiklərini söyləyib. Kəşf olunan yeni planetə Palnetə "PH-1" adı verilib.

Nigar Məhərrəm

 





17.10.2012    çap et  çap et