525.Az

AMEA-nın Əlyazmalar İnstitutuna yeni direktor təyin edilib


 

AMEA-nın Əlyazmalar İnstitutuna yeni direktor təyin edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Əlyazmalar İnstitutunun direktoru vəzifəsini icra edən, filologiya üzrə elmlər doktoru Paşa Kərimovun icra səlahiyyətləri dayandırılıb.

AMEA-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, bununla bağlı qərar AMEA Rəyasət Heyətinin bu gün keçirilmiş iclasında qəbul olunub.
 
Direktor səlahiyyətinə P.Kərimovun öz xahişi əsasında xitam verilib. Rəyasət Heyətinin digər qərarı ilə institutun direktoru və Elmi Şurasının sədri vəzifəsini AMEA-nın müxbir üzvü Teymur Kərimli icra edəcək.

 





12.02.2014    çap et  çap et