525.Az

Tarixi abidələrin qorunması məsələləri müzakirə edilib


 

Tarixi abidələrin qorunması məsələləri müzakirə edilib<b style="color:red"></b>

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehlə görüşüb.

İdarədən 525.az-a bildirilib ki, görüşdə Azərbaycan və İordaniya arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə olunub, tarixi abidələrin qorunub-saxlanılması və bərpa-konservasiyası istiqamətində görülən işlər barədə fikir mübadiləsi aparılıb.

İordaniyanın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş qədim Petra və Amman şəhərlərinin bələdiyyələri ilə "İçərişəhər" DTMQİ-si arasında əməkdaşlıq perspektivləri dəyərləndirilib.

Görüşdə, həmçinin iki ölkə arasında qarşılıqlı turist axınının yaradılması və turistlər üçün xüsusi turizm paketlərin təşkili qərara alınıb.

 





23.11.2020    çap et  çap et