525.Az

Ramiz Mehdiyev "Facebook"da daha bir status paylaşdı


 

Ramiz Mehdiyev "Facebook"da daha bir status paylaşdı<b style="color:red"></b>

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Facebook"da daha bir status paylaşıb. 

Həmin statusu təqdim edirik:

"Müasir dünyada çox sürətli dəyişikliklər baş verir. Qlobal siyasət mübarizə səhnəsinə çevrilir. Belə bir şəraitdə milli maraqların qorunması hər bir azərbaycanlı gəncin həyat amalı olmalıdır. Bu baxımdan Azərbaycan gəncləri daim bilik və bacarıqlarını yüksəltməlidirlər. Vətənə, dövlətçiliyə bağlı, cəmiyyətə fayda verən, müasir dünyagörüşlü gənc peşəkarlar hər bir sahədə müstəqil dövlətimizin intellektual elitasını formalaşdırmalı, onun avanqardına çevrilməlidir. Son 5 ildə dövlət qulluğuna qəbul edilən şəxslərin 81%-ni gənclərin təşkil etməsi cənab Prezident İlham Əliyevin “gəncləşmə prosesi davam edəcək” sözlərinin bariz nümunəsidir. Onlar bacarığı, intellekti, elmi və əzmkarlığı ilə müstəqil dövlətimizin daha da güclənməsinə öz töhfələrini verirlər. Gənclərimizə böyük ümidlərlə baxır, dolğun və maraqlı həyat yolu müəyyənləşdirməkdə uğurlar arzulayıram!"

 





12.02.2014    çap et  çap et