525.Az

"Real" "Barselona"nın 25 illik rekordunu qırdı


 

"Real" "Barselona"nın 25 illik rekordunu qırdı<b style="color:red"></b>

"Real" (Madrid) klubu "Barselona"nın 25 illik rekordunu qırıb.

Qol.Az-ın goal.com-a istinadən verdiyi məlumata görə, Madrid klubu İspaniya kubokunun yarımfinal mərhələsində "Atletiko"nu mübarizədən kənarlaşdırmaqla tarixində 39-cu dəfə finala yüksəlib.

"Real" ölkə kubokunda bu mövsüm oynadığı 8 matçı da (720 dəqiqə) qol buraxmadan tamamlayıb. Bununla da "Kral klubu" "Barselona"nın 1989-cu ildə qırdığı 696 dəqiqəlik rekordu yeniləyib.

Qeyd edək ki, "Real" həmçinin "Atletiko"nu məğlub etməklə İspaniya kubokunda heç qol buraxmadan finala adlayan ilk komanda olub.

 





12.02.2014    çap et  çap et