525.Az

Polkovnik Babək Səmidli dəfn olundu - Yenilənib


 

Polkovnik Babək Səmidli dəfn olundu - <b style="color:red">Yenilənib</b>

Polkovnik Babək Səmidli dəfn olunub.

525.az APA-ya istinadən xəbər verir ki, B. Səmidli doğulduğu Göyçay Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin yaxınları, hərbçilər, rayon ictimaiyyətinin nümayəndələri, şəhər sakinləri iştirak edib.

Korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.

***

Göyçayda Qarabağın erməni işğalından azad olunmasında qəhrəmanlıq göstərən şəhid polkovnik Babək Səmidlinin dəfn mərasimi keçirilir.

525.az APA-ya istinadən xəbər verir ki, korpus komandirinin müavini, polkovnik Səmidli Babək Mətləb oğlu dünən Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək şəhid olub.


 

 





24.11.2020    çap et  çap et