525.Az

"İran Azərbaycana yardım etməyə hazırdır"


 

"İran Azərbaycana yardım etməyə hazırdır"<b style="color:red"></b>

“BP şirkəti Mərkəzi Asiya ölkələrində xam neft hasilatını dayandırarsa, İran yaranacaq enerji kəsirini aradan qaldırmaq üçün Azərbaycana yardım etməyə hazırdır”.

APA-nın “Fars” xəbər agentliyinə istinadən xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: “Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik”.

İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib.

 





17.10.2012    çap et  çap et