525.Az

Türkiyədə koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır


 

Türkiyədə koronavirusdan ölüm və yoluxma sayı sürətlə artır<b style="color:red"></b>

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 161 nəfər ölüb.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca son koronavirus statistikasını açıqlayarkən bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 162 231 şübhəli koronavirus testindən keçib, onlardan 7381-nin cavabı pozitiv çıxıb, 3678 xəstə isə sağalaraq evə buraxılıb. Ağır xəstə sayı 4543 nəfər olub.

Türkiyədə indiyədək 460 916 nəfəri yeni növ koronavirus infeksiyasına yoluxub, 12 672 nəfər ölüb.

 





24.11.2020    çap et  çap et