525.Az

Sabah hava necə olacaq?


 

Sabah hava necə olacaq?<b style="color:red"></b>

Azərbaycanda mülayim hava şəraiti davam edəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan bildiriblər ki, Bakı və Abşeron yarımadasında fevralın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək, günün birinci yarısında az yağış ehtimalı var. Səhər və axşam saatlarında duman olacaq, mülayim cənub küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında fevralın 14-də havanın temperaturu gecə 2-5, gündüz 5-10 dərəcə isti proqnozlaşdırılır.

Azərbaycanın bölgələrində fevralın 14-də əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Əsasən şərq rayonlarında az yağıntı olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında gecə 0-5, gündüz 8-13 dərəcə isti olacaq. Dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti gözlənilir.

Yaxın iki gün ərzində Abşeron yarımadasında hava şəraiti meteohəssas insanlar üçün əlverişlidir.

 





13.02.2014    çap et  çap et