525.Az

Azərbaycanın böyük hərbi və siyasi qələbəsi


 

Azərbaycanın böyük hərbi və siyasi qələbəsi<b style="color:red"></b>

Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən Müharibəsi Azərbaycanın həm hərbi, həm diplomatik sahədə tarixi qələbəsi, Ermənistanın isə diz çökməsi, tamamilə iflasa uğraması ilə başa çatdı.

Bu qələbənin nəticəsi olaraq Ağdam da düşmən işğalından xilas edildi. Azərbaycan ötən müddət ərzində həm ordu quruculuğu, həm diplomatik sahədə müvafiq işlər görüb. Son 17 idə Azərbaycan diplomatiyasının səyləri nəticəsində münaqişənin həlli ilə bağlı müvafiq hüquqi baza yaradılıb. Buna nümunə kimi, BMT, Qoşulmama Hərəkatı, Avropa İttifaqı, Avropa Şurası, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və s. aparıcı beynəlxalq qurumların qərar və qətnamələrini xatırlatmaq yerinə düşür. Avropa İttifaqı ilə Azərbaycan arasında paraflanmış "Tərəfdaşlıq prioritetləri" sənədində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığının dəstəklənib. Azərbaycan Prezidentinin bütün beynəlxalq təmaslarda, ayrı-ayrı dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların rəhbərləri ilə görüşlərində, beynəlxalq tədbirlərdə iştirakı zamanı  Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Azərbaycanın mövqeyinin, tarixi və mövcud vəziyyət  haqqında həqiqətləri çatdırıb. Ermənistanın və onun havadarlarının müxtəlif təşkilatlarda antia-Azərbaycan xarakterli sənədlərin qəbul etdirmək cəhdlərinin qarşısı məharətlə alınıb. Məsələn, Qoşulmama Hərəkatına üzvlük və sədrlik, bu təşkilat çərçivəsində səmərəli fəaliyyət, 120 ölkənin birmənalı dəstəyi sayəsində BMT-də  Ermənistanın və havadarlarının Azərbaycana qarşı növbəti təxribatının qarşısı alındı. Azərbaycan həm də informasiya müharibəsində qələbə qazandı. Ölkəmiz münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni dünya ictimaiyyətinə çatdırdı. 44 günlük müharibə dövründə Prezident İlham Əliyev dünyanın 30-a yaxın aparıcı media orqanına verdiyi müsahibələr beynəlxalq informasiya məkanında ölkəmizin mövqeyini gücləndirdi, erməni yalanlarının ifşa edilməsində önəmli rol oynadı.

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu gün işğaldan azad edilmiş torpaqlarımıza səfər edir. Cəbrayıldan sonra bir neçə gün sonra Prezident və birinci xanım işğaldan azad edilmiş Ağdam şəhərinə səfər edib. Dövlət başçısı rayon ərazisi ilə tanış olub, 30 ilə yaxın işğal nəticəsində erməni cinayətkarların Ağdamı tamamilə dağıtdığını bildirib. Yeganə qalan məscidin divarlarıdır. Prezident Azərbaycan hərbçilərinin döyüş meydanında böyük rəşadət və inanılmaz şücaət nümayiş etdirdiyini,  Şuşada yüngül silahlarla dərələrdən, meşələrdən, dağlardan keçərək əlbəyaxa döyüşdə düşməni məhv etdiyini vurğulayıb.

Bu gün Azərbaycanın qələbəsini şərtləndirən amillərdən biri də onun güclü iqtisadiyyata malik olmasıdır. Azərbaycan iqtisadi və maliyyə baxımından heç bir dövlətdən, hansısa beynəlxalq maliyyə qurumundan asılı olmayan dövlətə çevrildi. Ölkəmizin iqtisadi cəhətdən müstəqilliyi onun  siyasi müstəqilliyini şərtləndirdi və gücləndirdi. Azərbaycan bütün mümkün üsullardan istifadə edərək lazım olan silah-sursatı, texnikanı aldı, ordunun döyüş potensialı ardıcıl şəkildə gücləndirildi. Azərbaycan hərbçilərinin sosial müdafiəsi gücləndirildi, onların mənzil-məişət problemləri həll edildi. Hərbçilərin xidmət şəraiti ən müasir standartlara uyğun yenidən quruldu, yeni kazarmalar tikildi. Prezident İlham Əliyev müntəzəm qaydada hərbçilərin vəziyyətini öz şəxsi nəzarətində saxladı. Orduda nizam-intizam daim gücləndirildi, şəxsi heyətin müasir peşəkarlıq standartlarına uyğun hazırlanması prioritet təşkil etdi.

Hərbi əməliyyatların strateji və taktiki planlaşdırmasında Azərbaycan dünyaya yeni model təqdim etdi. İkinci Qarabağ müharibəsində  aparılmış uğurlu hərbi əməliyyatlar strateji və taktiki baxımdan da tarixə düşdü. Uğurlu hərbi əməliyyatlar sayəsində torpaqların böyük hissəsi düşməndən azad olundu və Ermənistan kapitulyasiyaya məcbur edildi. Azərbaycan bir güllə atılmadan, şəhid vermədən, qan tökülmədən ciddi müdafiə sədləri qurulmuş Ağdam rayonunu geri qaytarmağa nail oldu. Qarşıdan gələn dövrdə Kəlbəcər və Laçın rayonları da qaytarılacaq. 44 günlük müharibə dövründə Azərbaycan Ordusu Koçaryan, Sarkisyan ordusunu məhv etdi. Azərbaycan Ordusu  Koçaryan və Sarkisyanı diz çökdürdü. İndi onlar qalan miskin həyatlarını məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqlar.

Milli Məclisin deputatı, əslən Ağdamdan olan Aqil Abbas bildirib ki, Ali Baş Komandan Cəbrayıla, Füzuliyə, Ağdama getdiyi kimi Şuşaya, Ağdərəyə, Xankəndinə də müzəffər sərkərdə kimi ayaq basacaq: "Ali Baş Komandan bundan sonra da düşməndən təmizlənən digər torpaqlarımıza, rayon və şəhərlərimizə səfər edəcək, orada öz siyasi mesajlarını səsləndirəcək. Bu ölkənin lideri odur. Harada, necə lazımdısa, o formada da bayrağımızı qaldıracaq. Ağdamda bayrağımızın qalxacağını gözləyirdim. Həqiqətən də son günlər tarixi anlara şahidlik edirik. İkinci Qarabağ savaşının xeyrimizə nəticələnməsi görünməmiş qələbədir. Azərbaycan tarixində bu zəfərin tayı-bərabəri yoxdur. Prezident dəfələrlə deyib və dünən də Ağdamda bir daha xatırlatdı ki, işğalçı ölkə ağır müharibə cinayətlərinə görə cavab verəcək. Şübhəsiz ki, bütün bu vəhşiliklərə görə təzminat ödənməlidir".

Deputat vurğulayıb ki, Ali Baş Komandan və birinci xanımın Ağdam məscidini ziyarəti zamanı xalqımız üçün xüsusi dəyərə malik olan bu tarixi və müqəddəs məkanın divarlarından öpməsi onu təsirləndirib: "Onların məscidə ayaqqabılarını çıxararaq, məhz ayaqyalın daxil olmaları ilə ölkəmizdə dini məkan və məbədlərə hansı səviyyədə hörmət, dəyər verildiyini bir daha göstərdi. Prezidentin divarından öpdüyü həmin məscidi elə gözəl bərpa edəcəklər ki, bu dini məkan yalnız vəhşicəsinə dağıdılmış Ağdama deyil, bütün dünyaya işıq saçacaq. Yəqin ki, məşhur "Dolu" filminin sonluğunu yaxşı xatırlayırsınız. Orada bütün millət əliyalın şəkildə üzü Ağdama doğru gedirdi. Yəni biz bu gözəl şəhəri əliyalın da olsa azad edəcəkdik. Elə də oldu".

PƏRVANƏ

 





25.11.2020    çap et  çap et