525.Az

Boğaz ağrısı zamanı nə etməli?


 

Boğaz ağrısı zamanı nə etməli?<b style="color:red"></b>

Qış aylarında insanlar tez-tez kəskin respirator xəstəliklərə tutulur. El arasında bu xəstəlikləri "soyuqdəymə" adlandırırlar.

525.az xəbər verir ki, soyuqdəymə xəstəliklərinin qarşısını almaq üçün düzgün və faydalı qidalanma, kifayət qədər yuxu və fiziki aktivlik, vitamin-mineral komplekslərin qəbulu (həkimin təyini ilə!)  lazımdır. Ümumiyyətlə, qış aylarında havanın soyuduğu zaman özünü göstərən narahatlıqlardan başlıcası boğaz ağrısıdır. Yanma, ağrı və quruluq boğazda görülən digər şikayətlərdir. Adətən boğaz ağrıları 2-3 gün ərzində yox olarkən, bəzən də  çox irəliləyir və ciddi sağlamlıq problemləri yaradır. Hətta faringit və bronxit kimi xəstəliklərin yaranmasından xəbər verir. Boğazdakı problem, badamcıqların  şişməsi ilə görülür. Badamcıqların şişməsi və qızarması əslində, ağızın arxa hissəsindəki yumşaq toxumada ağrıya səbəb olur. Bu isə udqunma və danışma zamanı çətinlik yaradır.

Boğaz ağrısının səbəblərin arasında digər xəstəliklərin simptomları yatır. Ağrının ümumi səbəbi isə viruslardır. Soyuqdəymə olaraq təyin etdiyimiz xəstəliklər, ümumiyyətlə, boğaz ağrısı ilə özünü göstərir. Əsasən mövsümi keçid zamanı və soyuqdan bədənin müqavimətsiz qaldığı zaman meydana gəlir. Boğaz ağrısı şikayətləri, qızılca, su çiçəyi kimi xəstəliklərdə də görülür. Həmçinin, bakterial infeksiyalar da boğaz ağrısına səbəb olur. Əgər boğazda infeksiya varsa, o zaman bu əlamətlər görülə bilər: boğazda yanma, quruluq, şişkinlik, ağız dadının dəyişməsi, ağızdan iy gəlmə, qızdırma, tərləmə, baş ağrısı və s.

Boğaz ağrısı zamanı bulara diqqət etmək vacibdir: 

- Boğazınızı nəmli saxlayın.

- Bol su için.

- Çox danışmayın (Boğaz yorularsa, daha çox qıcıqlanmaya səbəb olar).

- Spirtli içki və siqaretdən uzaq durun.

- Kofein ehtiva edən içkilərdən uzaq olun.

- Ət və toyuq şorbası içmək məsləhətdir.

Öskürək və zökəm zamanı inhalyasiyalar yaxşı təsir edir. Bir neçə kartofu qabıqlı halda bişirib suya evkalipt bitkisinin yarpaqları və 1 damcı ağ şam ağacı yağı əlavə edin. Sonra başınızı dəsmalla örtüb qazanın üzərində bir qədər nəfəs alın (çalışın ki, selikli qişalarınız yanmasın).

Boğaz ağrısı zamanı boğazınızı duz (1 stəkan ilıq su + 1 ç.q. duz) və ya soda (1 stəkan ilıq su + 1 ç.q. soda) qatılmış su ilə yaxalayın. Belə məhlullar mikrobları və virusları məhv edir, iltihabla mübarizə edir. Bundan əlavə, boğazınızı ot dəmləmələri (çobanyastığı, evkalipt, adaçayı) ilə yaxalaya bilərsiniz. Boğazınızı gün ərzində 3-4 dəfə yaxalayın.

Zökəm zamanı burnunuzu yod-duz məhlulu ilə yumaq olar (1/2 stəkan su + 2-3 damcı yod + bıçağın ucunda duz). Bu məhlulla burnunuzu gündə 3-4 dəfə yuyun.

QEYD: Əgər bütün bu tədbirlərə baxmayaraq, sizin vəziyyətiniz yaxşılaşmırsa və ya daha ağırlaşırsa, mütləq həkimə müraciət edin.

 





25.11.2020    çap et  çap et